» » Bakının tələbi, İrəvanın inadkarlığı və dalana dirənən sülh - NƏ ETMƏLİ?

Bakının tələbi, İrəvanın inadkarlığı və dalana dirənən sülh - NƏ ETMƏLİ?



“Ermənistan Azərbaycan tərəfinin tələbi ilə Konstitusiyaya dəyişiklik etmək niyyətində deyil”. Bu bəyanatla ötən həftə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan çıxış edib. Nazir bildirib ki, Ermənistan öz Konstitusiyasını Ermənistan vətəndaşlarının qərarı ilə dəyişə bilər.

“Ermənistan Respublikası heç bir ölkənin tələbi ilə Konstitusiyanı dəyişməyəcək. Bunu dəyişdirmək və ya dəyişdirməmək Ermənistan Respublikasının daxili işidir”, - deyə o, Bakıdan müvafiq tələbin olması ilə bağlı jurnalistin sözlərinə cavab verib.

Xatırladaq ki, sülh sazişinin imzalanması şərti kimi Azərbaycan tərəfi Ermənistan Konstitusiyasının dəyişdirilməsini irəli sürüb. Çünki hazırda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası davam edir. Rəsmi Bakı hesab edir ki, ərazi iddiasının davam etdiyi müddətdə imzalanan sülh sazişinin mənası yoxdur və bu, dayanıqlı olmayacaq.

Ermənistan rəsmisinin “Kostitusiyamızı Azərbaycanın tələbi ilə dəyişdirməyəcəyik” bəyanatından isə belə anlaşılır ki, sülh sazişinin imzalanması prosesi yenidən dalana dirənir və yaxın müddətdə sülh gözlənilmir. Bu zaman nə baş verəcək?

AYNA-nın mövzu ətrafındakı suallarını iyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov cavablandırıb. Analitikin qənaətincə, biz Ermənistanın iqtisadiyyat nazirinin səlahiyyətinə aid olmayan məsələ haqqında bəyanatına baxmalı deyilik:

- Biz Ermənistanın Baş naziri Nikol Paşinyanın atdığı addımlara, verdiyi bəyanatlara və yaratdığı Konstitusiya İslahatları Şurasının qərarlarına baxmalıyıq. Çünki 2022-ci ildə Paşinyan bildirdi ki, Ermənistan Konstitusiyası dəyişdirilməlidir və bundan sonra Şura yaratdı. Düzdür, Paşinyanın ziddiyyətli fikirlərinin, addımlarının şahidi olmuşuq. Lakin qarşıda Azərbaycan tərəfi var və Azərbaycanın tələbi, iradəsi var. Əgər Ermənistan sülh istəyirsə, münasibətlərin normallaşmasını istəyirsə, Türkiyə ilə sərhədlərinin açılmasını istəyirsə, o zaman üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. İrəvandakılar da anlayır ki, sülh daha çox Ermənistana lazımdır və bundan ölkə qazanclı çıxacaq. Bunu təkcə biz yox, bir sıra erməni rəsmilər də deyirlər. Bunun da bir yolu var: Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarına son qoyulması. Bu, Azərbaycanın əsas tələbidir. Ermənistan Konstitusiyasının preambula hissəsində 1991-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin sənəddə isə ermənilər rəsmi şəkildə Qarabağın Ermənistana birləşdirilməsi mövqeyini bəyan edir. Təbii ki, bu mövqe qalarsa və Ermənistan Konstitusiyasında ərazi iddiası öz qüvvəsini saxlayarsa, sülh sazişi imzalanmayacaq. Çünki bu halda imzalanan sülh sazişi dayanıqlı olmayacaq. Sülh sazişi Ermənistanın Konstitusiyasına zidd olacaqsa, onun ratifikasiyası da mümkünsüzdür.

- Hər iki tərəf tezliklə sülh sazişinin imzalanmalı olduğunu bəyan edir. Amma Ermənistan Konstitusiyasının dəyişdirilməsi, referendum keçirilməsi zaman alan məsələdir. O zaman tezliklə sülh necə mümkündür?

- Hesab edirəm ki, Azərbaycan yetərincə gözləyib. İndi biz bölgədə sülhün tezliklə əldə olunmasında maraqlıyıq. Hesab edirəm ki, İrəvan da bu istiqamətdə addımlarını sürətləndirməlidir və bu, mümkündür. Artıq sülh sazişi ilə bağlı bir sıra detallarda razılaşmanın olduğu aydındır. Hesab edirəm ki, ilkin çərçivə sənədi imzalana, Ermənistan isə yekun sülh sazişi imzalananadək Kostitusiyada dəyişiklik edəcəyi barədə öhdəlik götürə bilər.

- Ermənistan üzərinə öhdəlik götürsə, amma referendumda ermənilər dəyişikliyin əleyhinə səs versələr necə olacaq?

- Düşünmürəm ki, erməni xalqı İkinci Qarabağ müharibəsindən sonra sülhün əsas şərti olan dəyişikliyin əleyhinə getsin. Bilirsiniz, 44 günlük müharibədən sonra ağır məğlubiyyətə uğramış Paşinyan hökumətini erməni xalqı yenidən dəstəklədi və 70 faizdən çox səs toplayan “Mülki müqavilə” Partiyası hakimiyyətdə qaldı. Demək ki, erməni xalqının böyük kəsimi sülhdə maraqlıdır. Sülhdə maraqlı olmayan qüvvələr revanşistlərdir ki, onları xalq dəstəkləmir. Bu il sülhün əleyhinə hərəkat formalaşdıran keşiş Baqrat Qalstanyan da erməni xalqının dəstəyini ala bilmədi. Bu mənada, düşünürəm ki, erməni cəmiyyəti Ermənistan Konstitusiyasının dəyişdirilməsinin əlayhinə getməyəcək. Düzdür, erməni cəmiyyətində Azərbaycana və azərbaycanlılara qarşı sevgi yoxdur, amma müharibənin də tərəfdarı deyillər. Onlar İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti unutmayıblar.

Bəli, ola bilər ki, Ermənistan üzərinə öhdəlik götürsə də, referendum keçirməsin. Bu halda da bizim üçün heç nə dəyişməyəcək, indiki vəziyyət davam edəcək. Amma Azərbaycanın vəziyyətə uyğun addımlar atmasında məsuliyyət rəsmi Bakının üzərinə düşməyəcək, İrəvanın üzərinə düşəcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya