» » Bu olmadan İrəvanla sülh imzalanmayacaq - Əmirbəyov

Bu olmadan İrəvanla sülh imzalanmayacaq - Əmirbəyov

Bu olmadan İrəvanla sülh imzalanmayacaq - Əmirbəyov


"Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən, daha doğrusu, Müstəqillik Bəyannaməsindəki qeyd Əsas Qanundan çıxarılmadan İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanmayacaq. Çünki bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var”.

Bunu "Azadlıq" radiosuna müsahibəsində Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

Əmirbəyov hesab edir ki,  hazırda sülh prosesinə yeganə maneə olan məsələ də budur. “Biz əmin olmaq istəyirik ki, Ermənistanla sülh müqaviləsi hər hansı revanşizmə qayıtmağı və ya gələcəkdə Azərbaycana qarşı hər hansı ərazi iddiasını mümkünsüz edəcək. Hnası ki, biz bunun şahidi olmuşuq”,- o qeyd edib.

Fikrini davam etdirən Əmirbəyov bildirib ki, bu baxımdan  Ermənistanın sülh danışıqlarına, müqavilənin yekun imzalanmasına hərbi potensialını gücləndirmək və bu prosesi yenidən başlamaq üçün vaxtı gecikdirmək taktikası kimi baxması bizim üçün qəbuledilməzdir.
Əmirbəyovun fikrincə, sülh danışıqlarının mümkün qədər tez başa çatdırıb  noyabrda COP29 çərçivəsində müqavilə layihəsinin imzalanmasının vacib olduğu barədə fikirlər səslənsə də, lakin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı təsbit olunmuş ərazi iddialarını nəzərə almadan bunun mənası olmayacaq. "Hesab edirəm ki, bu, əks effekt verə bilər. Çünki saziş layihəsi tələsik imzalanarsa, dayanıqlı və uzunmüddətli  sülhü təmin etməyən hüquqi maneələr qalarsa, bu, gələcəkdə regionda qüvvələr nisbəti onların xeyrinə dəyişdikdə Ermənistana ərazi iddialarını canlandırmağa imkanı verə bilər”, - Əmirbəyov qeyd edib.

Əmirbəyov əlavə edib ki, əgər biz hazırkı Konstitusiyanı dəyişməsinə məhəl qoymadan sülh müqaviləsi imzalasaq  belə, imzalanacaq sülhün uzunmüddətli olmaya bilər:

"Ermənistanda hakimiyyətə gələn yeni hökumət gəlib onu ləğv edəcək. O hesab edəcək ki, bu sənəd texniki baxımdan Ermənistanın hazırkı Konstitusiyasına ziddir. Ermənistanın Konstitusiya Məhkəməsi də sülh müqaviləsinin qeyri-qanuni olduğunu deyə bilər, çünki Əsas Qanunda başqa müddəalar öz əksini tapıb”.

Əmirbəyov onu da qeyd edib ki, Ermənistanın yeni Konstitusiya qəbul etməsi illər çəkə bilər. "Biz Konstitusiyadakı ərazi iddiası ilə bağlı preambulanın dəyişdiirlməsidir. Bunun dəyişməsi isə illər tələb etmir. Bunu referendum yolu ilə də etmək olar".

 Referendumun keçirilməsinə gəldikdə isə Əmirbəyov  bununla bağlı İrəvana  çox maraqlı bir verib. Bildirib ki, İrəvan referendumda “Azərbaycanla sülh əldə etmək istəyirsiniz, yoxsa yeni münaqişə?" Düşünürəm ki,  məsələni bu cür qoysalar, erməni xalqının əksəriyyəti sülhü dəstəkləyəcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya