» » ABŞ və Avropa Birliyinin Qafqaz planı dağıdıcı məzmun alır: Qərb Ermənistanın yeni savaş xərclərini öz öhdəsinə götürdü

ABŞ və Avropa Birliyinin Qafqaz planı dağıdıcı məzmun alır: Qərb Ermənistanın yeni savaş xərclərini öz öhdəsinə götürdü

ABŞ və Avropa Birliyinin Qafqaz planı dağıdıcı məzmun alır: Qərb Ermənistanın yeni savaş xərclərini öz öhdəsinə götürdü


Həm ABŞ, həm də Avropa Birliyi Ermənistana hərbi məqsədlərə yönəlik maliyyə yardımı göstərir... Bununla da "sülhə dəstək verənlər" əslində, Cənubi Qafqazda yeni savaşa sponsorluq etmiş olurlar...
Cənubi Qafqaz üzərində qurulan məkrli planlar, regiona kobud müdaxilə ssenariləri artıq tam gücü ilə hərəkətə gətirilib. İndi bu regionda sülhün də, savaşın da ideoloji düşərgələri böyük ölçüdə dəqiqlışməyə başlayıb. Halbuki, sülh mövzusu həm də savaşa sponsorluq edənlərin əsas manipulyasiya çətirinə də çevrilmiş kimi görünür. Və hazırda Cənubi Qafqazın gələcək taleyinə qarşı ən ciddi təhdid də məhz "manipulyasiya çətiri" altında gizlənməyə çalışanlardan qaynaqlanır.

Məsələ ondadır ki, ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Cənubi Qafqazda sülh dövrünün başladılması üçün olduqca, münbit şərait yaranıb. ABŞ Dövlət Departamentində hesab edirlər ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesində kifayət qədər ümidverici proqresə nail olunub. Və bu səbəbdən də, yaxın aylarda yekun sülh sazişinin imzalanması tamamilə mümkündür.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Göründüyü kimi, Ağ Evdə Cənubi Qafqazın sülh masasına optimist mövqedən yanaşırlar. Ancaq ABŞ rəsmi dairələrində hər hansı konkretlik mövcud deyil. Hər halda, ABŞ Dövlət Departamentinin təmsilçisi onu da vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh müzakirələrinin hansı səviyyəyə qədər inkişaf etdiyindən məlumatsızdır. Onun sözlərinə görə, bu məsələ ilə ABŞ-ın dövlət katibi Entoni Blinken şəxsən məşğul olmaqdadır. Və məhz bu önəmli məqam Ağ Ev rəsmilərinin Cənubi Qafqazdakı sülh prosesinin inkişafından danışarkən, sadəcə, reallıqla heç bir əlaqəsi olmayan ümumi sözlərdən istifadə etdiklərini biruzə verir.

Belə anlaşılır ki, əslində, ABŞ rəsmi dairələrində, dövlət katibi Entoni Blinken də daxil olmaqla, Cənubi Qafqazdakı sülh prosesi ilə heç kim ciddi məşğul olmur. Ağ Evə sülh mövzusu sadəcə, ABŞ-ın Cənubi Qafqaz planlarını ört-basdır etmək üçün lazımdır. Çünki, Ağ Evin planları regional sülh prosesi ilə kəskin ziddiyyət təşkil edir. Və artıq qətiyyən şübhə doğurmur ki, ABŞ-a Cənubi Qafqazda sülh ümumiyyətlə, lazım deyil.

Əgər, ABŞ-a Cənubi Qafqazda sülh prosesinin uğur qazanması lazım olsaydı, Ağ Ev bu regionda hərbi-siyasi gərginliyin yüksəlməsinə xidmət edən addımlar atmazdı. Hər halda, ABŞ sülhdən danışıb, bu prosesi kobud müdaxilə ilə bloklamağa çalışmazdı. Halbuki, ABŞ-ın bəzi müttəfiqləri ilə birlikdə Cənubi Qafqazda yeni savaşa yol aça biləcək addımlar atdığı indi inkaredilməz reallıqdır. Və bunun kifayət qədər ciddi örnəkləri də mövcuddur.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Cəmisi bir neçə gün öncə ABŞ Ermənistan ordusu ilə ortaq təlimlər keçirib. Ermənistan ordusunu Azərbaycanla yeni müharibəyə hazırlamağa başlayıb. Üstəlik, Ağ Ev Pentaqonun yüksək rütbəli hərbçilərini Ermənistan Müdafiə Nazirliyində fəaliyyət göstərmək məqsədilə İrəvana göndərib. Yəqin ki, ABŞ rəsmi dairələri Pentaqon təmsilçilərinin Ermənistanı sülh sazişini imzalamağa təşviq etmək üçün göndərildiklərini iddia etməzlər. Və hətta buna cəhd etsələr belə, kimsə Ağ Evin uydurduğu yalanlara qətiyyən inanmaz.

Digər tərəfdən, ABŞ parlamenti Ermənistana 65 milyon dollar məbləğində hərbi məqsədli maliyyə yardımı ayırmaq barədə qərar qəbul edib. Belə anlaşılır ki, Ağ Ev Ermənistanı hərbi cəhətdən gücləndirmək niyyətində israrlıdır. Üstəlik, Ermənistanın məhz Azərbaycana qarşı gücləndirildiyi də inkaredilməz reallıqdır. Hər halda, ABŞ-ın Ermənistanı Rusiyaya qarşı savaşa hazırladığına heç son vaxtlar öz kimliyini belə, çaşdıran prezident Co Bayden də inanmaz.

Bütün bunlar onu göstərir ki, Ağ Evin Cənubi Qafqazda sülh prosesini dəstəkləməsi barədə açıqlamaları olduqca riyakar siyasi manipulyasiyalardan başqa bir şey deyil. Çünki əsl reallıqda ABŞ israrla regional sülh prosesinə qarşı təxribatlar törədir, onu pozmağa çalışır. Ona görə də, əslində, Ağ Evin "regional sülhü dəstəkləyirik" məzmunlu açıqlamaları birmənalı şəkildə "Cənubi Qafqazda yeni savaşın törədilməsinə çalışırıq" kimi anlaşılmalıdır. Və bu, daha doğru ifadə tərzi olardı.

ee5b2c60a3266c63e030d04215a729e1.jpg (189 KB)Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda "sülhü dəstəkləyənlər" əslində, riyakarlıqla məşğuldurlar. Çünki onların əsas fəaliyyəti məhz bu regionda yeni müharibəyə nail olmaq hədəfinə formalaşıb. Belə ki, yalnız ABŞ deyil, elə "sülhü dəstəkləyən" Avropa Birliyi də Ermənistana hərbi məqsədlərə yönəlik maliyyə yardımı ayırıb. Avropa Birliyinin "Sülh Fondu"ndan Ermənistana göndəriləcək 10 milyon avro da rəsmi İrəvanın hərbi xərclərini ödəmək üçün nəzərdə tutulub. Və bu, o deməkdir ki, həm ABŞ, həm də Avropa Birliyi Cənubi Qafqazda sülhün, sabitliyin əsas bloklayıcı faktoru rolunda çıxış edir.

Təbii ki, rəsmi İrəvan da eynilə ABŞ və Avropa Birliyinin riyakarlıq taktikasını təkrarlayır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iddia edib ki, Cənubi Qafqazda sülh dövrünün başlanması üçün tarixi imkanlar açılıb. Ancaq bunun ardınca dərhal Ermənistanın yekun sülh sazişi imzalamalı olduğu Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Və bu, o deməkdir ki, Ermənistan Qərbin planı əsasında hərəkət edir.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh prosesinin qarşısında kifayət qədər ciddi əngəl mövcuddur. Belə ki, ABŞ və Avropa Birliyi regional sülh prosesini israrla bloklamağa çalışır. Üstəlik, bu iki güc mərkəzi yalnız bununla kifayətlənmək niyyətində olmadığını da qətiyyən gizlətmir. Yəni, həm ABŞ, həm də Avropa Birliyi Ermənistana hərbi məqsədlərə yönəlik maliyyə yardımı göstərir. Və bununla da əslində, Cənubi Qafqazda yeni savaşa sponsorluq etmiş olurlar.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya