YAP namizədini geri çəkdi, yenisi məlum oldu - FOTO
- 23-07-2024, 10:11
- Siyasət
- 0
- 40
YAP VII çağırış Milli Məclisə seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsindən Maniyeva Aygün Şaitdin qızının namizədliiyni irəli sürsə də, sonradan onun namizədliyini ləğv edib. Buna səbəb isə namizədin atası Şaitdin Əliyevin MSK üzvü olması olub.
Həmin dairədən isə VI çağırış Milli Məclis üzvü olmuş Soltan Məmmədovun namizədliyi irəli sürülüb. Bu barədə Soltan Məmmədov özü paylaşım edib.
"Ötən seçkilərdə mənə etimad göstərərək namizədliyimi dəstəkləyən, 5 il ərzində hər zaman güvənini, etimadını hiss etdiyim hər bir vətəndaşımıza dərin təşəkkürümü bildirirəm!
Bu gün yeni bir dövrə qədəm qoyuruq. Yenə Xəzər rayonundan, lakin bu dəfə Mərdəkan, Şağan və Buzovna qəsəbələrini əhatə edən 12 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatlığına namizədliyim irəli sürüldü. Bu təşəbbüsü irəli sürənlərə, namizədliyimi dəstəklədiyini imzası ilə təsdiq edən bütün vətəndaşlara minnətdaram! İnanıram ki, növbədənkənar parlament seçkiləri ölkəmizin tarixində başlamış yeni mərhələnin ən mühüm siyasi hadisələrindən biri kimi yadda qalacaq", - Soltan Məmmədov qeyd edib.