» » Bu reallığı Rusiya və İran da qəbul edib... - AKTUAL

Bu reallığı Rusiya və İran da qəbul edib... - AKTUAL



Azərbaycan hərbi bloklara qoşulmasa da, NATO ilə əməkdaşlığın davamında maraqlıdır. Çünki Azərbaycan ordusu Türkiyə və deməli NATO standartlarını mənimsəməyi qarşısına məqsəd qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” tezisi buna dəlalət edir. Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fikslə görüşüb. NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirən Kərim Vəliyev Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə vurğulayıb. Kərim Vəliyev eyni zamanda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini söyləyib. Stefan Fiks də öz növbəsində Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Beləliklə, bu görüşdə verilən isti mesajlar bir daha onu göstərir ki, əməkdaşlığın inkişafında hər iki tərəf maraqlıdır. Azərbaycanın NATO üzvlüyü kimi hədəfi yoxdur, bu doğru strategiyadır. Belə bir hədəfi qoysaq belə Şimali Atlantika Blokuna üzv olmayacağımız bir yana, şimal və cənub istiqamətindən artan təzyiqlə üzləşəcəyik. Bu bizə lazım deyil. Azərbaycan üçün NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə ilə hərbi strateji müttəfiqliyi gücləndirmək kifayətdir. Buna isə heç kim etiraz edə bilməz, bu reallığı Rusiya və İran da qəbul edib.

Elxan Şahinoğlu
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya