» » Paşinyanın “Avropa blefi” də darmadağın oldu: İndi Ermənistanın taleyi Azərbaycandan asılıdır

Paşinyanın “Avropa blefi” də darmadağın oldu: İndi Ermənistanın taleyi Azərbaycandan asılıdır

Paşinyanın “Avropa blefi” də darmadağın oldu: İndi Ermənistanın taleyi Azərbaycandan asılıdır


Rəsmi İrəvan ABŞ və Avropa Birliyinə nə qədər böyük ümidlər bəsləsə də, son nəticədə Ermənistanın bir tərəfdaş kimi Qərbə ümumiyyətlə, lazım olmadığı növbəti dəfə təsdiqləndi... Avropa Birliyi Ermənistanı öz sıralarında görmək istəmir, bəzi məlumatlara görə, Brüssel bu barədə məyusedici mesajını rəsmi İrəvanın diqqətinə səhnəarxası diplomatiya ilə artıq çatdırıb...
Cənubi Qafqazda geopolitik proseslər məhz Azərbaycanın hərbi-siyasi iradəsinə uyğun inkişaf edir. Belə ki, bu regionda maraqları olan dünya nəhənglərinin geopolitik manevrlərinə rəsmi Bakı tərəfindən ciddi şəkildə nəzarət olunur. Ən əsasısa, rəsmi Bakının pozitiv yanaşmadığı heç bir regiondan kənar manevr Cənubi Qafqazda hədəfə yaxınlaşmır. Əksinə, rəsmi Bakı ilə tərs düşən beynəlxalq siyasi iradə mərkəzləri bu regionda bloklanır. Və bu, Azərbaycanın hazırda sahib olduğu geopolitik iradənin təsir gücünü göstərir.

Onu da qeyd etmək lazımdır ki, məhz bu önəmli faktor hazırda Ermənistanın gələcək taleyinin müəyyən olunmasında həlledici rol oynayır. Xüsusilə də, rəsmi İrəvan Azərbaycanın geopolitik iradəsini nəzərə almadan Ermənistanı blokada şəraitindən çıxartmaq şansına malik deyil. Paşinyan hakimiyyətinin bütün cəhdlərinə baxmayaraq, rəsmi İrəvan son nəticədə Azərbaycanın mövqeyi ilə üzləşmək məcburiyyətində qalır. Və Ermənistanın hazırda ən böyük problemi də məhz Azərbaycanın geopolitik iradəsindən yan keçmək üçün uğursuz cəhdlər göstərməsi ilə birbaşa bağlıdır.

Halbuki, Paşinyan hakimiyyəti son illərdə rəsmi Bakının sülh şərtləri ilə barışmaq istiqamətində addımlar atmış olsaydı, indi Ermənistan çoxdan blokadadan çıxmış olardı. Yəni, rəsmi İrəvan hansı tərəfə çevrilsə də, faydası olmayacaq, Ermənistan əvvəl-axır Azərbaycanın sərt mövqeyi ilə üzləşmiş olacaq. ABŞ və Qərbə bu baxımdan, bəslənən ümidlər isə hazırda Ermənistanın ən yaxşı halda, əlavə zaman itirməsindən başqa heç nəyə yaramayacaq. Və bu, Paşinyan hakimiyyətinin anlayaraq, qəbul etməli olduğu çox önəmli geopolitik faktordur.

Maraqlıdır ki, son vaxtlar rəsmi İrəvan ABŞ və Avropa Birliyindən davamlı olaraq, vədlər almağa başlayıb. Ancaq nə qədər qəribə də olsa, Paşinyan hakimiyyəti aldığı vədlərin reallaşa biləcəyinə Qərbin təminatının verilməsinə nail ola bilmir. Çünki ABŞ və Avropa Birliyi də Cənubi Qafqazda ilk növbədə Azərbyacanın geopolitik iradəsinə möhtacdır. Üstəlik, Azərbaycan ABŞ və Qərbə hazırda Ermənistandan daha çox lazımdır. Və Qərb siyasi dairələri rəsmi İrəvanı dəstəkləsələr də, “geopolitik alətə” çevirdikləri Ermənistan ucbatından Azərbaycanla münasibətlərin tamamilə korlanmasına da qətiyyən həvəsli deyillər.

Ona görə də, indi rəsmi İrəvan qarşıya qoyduğu heç bir hədəfə yaxınlaşmağı bacarmayıb. ABŞ-dan Ermənistanın təhlükəsizliyinə vədlərdən kənar real təminat alınmayıb. Avropa Birliyinin maliyyə-iqtisadi dəstək sisteminə daxil olmaq mümkün olmayıb. Yəni, rəsmi İrəvan Avropa Birliyi ilə yaxınlaşma cəhdlərində Ermənistanda bu qurumun müvəqqəti mülki müşahidə missiyasının yerləşdirilməsindən uzağa gedə bilməyib. Və bu da yalnız Qərb ölkələrinin kəşfiyyat maraqları çərçivəsində mümkün olub.

Son vaxtlara qədər isə rəsmi İrəvan Ermənistanın Avropa Birliyi məkanına inteqrasiya edə biləcəyinə böyük ümidlər bəsləyirdi. Halbuki, Ermənistanın Avropa Birliyinə lazım olmadığını subuta yetirən çoxlu sayda örmək mövcuddur. Hər halda, rəsmi İrəvan Ermənistanın Avropa Birliyinə üzvlük “xəyallar”ını qurarkən, Ukrayna Moldova və Gürcüstanın üzləşdiyi situasiyadan nəticələr çıxartmaq imkanına malik idi. Və belə anlaşılır ki, Paşinyan hakimiyyəti heç kimə lazım olmayan Ermənistanın Avropa Birliyinə həmin ölkələrdən daha önəmli ola biləcəyi düşüncəsinə qapılıb.

Ola bilsin ki, Avropa Birliyindən rəsmi İrəvana verilən mesajlar belə qənaətə müəyyən səbəblər verib. Ona görə də, Paşinyan hakimiyyəti Avropa Birliyinə inteqrasiya ilə bağlı qapalı toplantı da keçirtmişdi. Həmin toplantıda hətta Ermənistanda Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı referendumun keçirilməsi də qərarlaşdırılmışdı. Və Ermənistan cəmiyyətində bu ölkənin yaxın vaxtlarda Avropa Birliyinin maliyyə-iqtisadi şərtləri çərçivəsində inkişaf şansı qazana biləcəyinə böyük ümidlər yaranmışdı.

Ancaq maraqlıdır ki, Avropa Birliyinə yönəlik “erməni xəyalları” çox tez boşa çıxdı. Belə ki, son vaxtlar Paşinyan hakimiyyəti Ermənistanın Avropa Birliyinə üzvlük məsələsinin mümkün ola biləcəyinə ciddi şübhə ilə yanaşdığını biruzə verməyə başlayıb. Hətta baş nazir Nikol Paşinyan bu məsələ ilə bağlı referendumun keçirilməsinə ehtiyac olmadığını da vurğulayıb. Onun fikrincə, Ermənistanın Avropa Birliyinə üzvlüyünün nə vaxt və necə mümkün ola biləcəyini təxmin etmək çətindir. Və nə vaxt reallaşacağı böyük şübhə doğuran məsələ ilə bağlı referendumun keçirilməsi də məqsədə uyğun deyil.

Erməni baş nazir hesab edir ki, hazırda Ermənistan Avropa Birliyinə bu qurumun lazım bildiyi məsafəyə qədər yaxınlaşa bilər. Bundan daha ciddi irəliləyişə ümid bəsləmək isə sadəlövhlükdən başqa bir şey deyil. Yəni, baş nazir Nikol Paşinyan dolayısı ilə demək istəyir ki, Avropa Birliyi Ermənistanı öz sıralarında görmək istəmir. Avropa Birliyinə Ermənistan kimi əlavə problem lazım deyil. Və bu, böyük ehtimalla rəsmi İrəvana səhnəarxası diplomatiya ilə anladılıb.

Göründüyü kimi, rəsmi İrəvan ABŞ və Avropa Birliyinə nə qədər böyük ümidlər bəsləsə də, son nəticədə Ermənistanın bir tərəfdaş kimi Qərbə lazım olmadığı ilə bağlı inkaredilməz reallıq ortaya çıxır. Ona görə də, Paşinyan hakimiyyətinin bu reallıqla nəhayət ki, barışması olduqca vacibdir. Əks halda, Ermənistan Qərbə olan əsassız “ümidlər”in içərisində iflasa uğraya və son nəticədə ümumiyyətlə, əriyib yox ola bilər.

Rəsmi İrəvan nəhayət anlamalıdır ki, Ermənistanın xilası Qərbdə deyil. Əgər, Paşinyan hakimiyyəti Ermənistanı mövcud blokada vəziyyətindən - maliyyə-iqtisadi böhrandan çıxartmaq istəyirsə, ilk növbədə Azərbaycanla anlaşmağa çalışmalıdır. Yalnız Azərbaycanla anlaşıb, yekun sülh sazişini imzalayacağı təqdirdə, Ermənistan inkişaf perspektivləri qazana bilər. Və bu reallıqdan uzaq qalınması Ermənistana həm zaman, həm də maliyyə-iqtisadi itkiləri hesabına başa gəlir.(Yeni Müsavat)
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya