» » Seçkilər Fransada nəyi dəyişəcək? (ŞƏRH)

Seçkilər Fransada nəyi dəyişəcək? (ŞƏRH)

Seçkilər Fransada nəyi dəyişəcək? (ŞƏRH)


"Fransada formalaşacaq yeni hökumət Emmanuel Makronun daxili və xarici siyasətdə buraxdığı səhvləri uzun müddət düzəltməklə məşğul olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Fransada ötən bazar günü keçirilən seçkilərin birinci turunun nəticələrini şərh edərkən deyib.

Politoloq bildirib ki, Fransada ifrat sağçılar parlament seçkilərinin birinci turundan sonra əldə etdikləri nailiyyəti təntənəli şəkildə qeyd edirlər:

"Onlar həqiqətən Fransa tarixində təsadüfi hallarda rast gəlinən bir şəraiti yarada biliblər. Həmin qüvvələr bu seçki ilə Fransa siyasətində üstün mövqe tutduqlarını təsdiqləyərək, hakimiyyət zirvəsinə daha da yaxınlaşıblar. Amma bu, kifayət edəcəkmi? Onlar Fransa siyasi səhnəsinin tam  sahibinə çevrilə biləcəklərmi? Təbii ki, iyunun 30-da keçirilmiş seçkilərin 1-ci turunun nəticələrinə görə bunu müsbət istiqamətdə təsdiq etmək mümkün deyil".

Ekspertin sözlərinə görə, əsas mənzərə iyulun 7-ə təyin olunmuş ikinci turdan sonra müəyyənləşəcək: 

"Hələlik isə 1-ci tururdakı səsvermənin nəticələrinə görə, Marin Le Pen və Cordan Bardellin Milli Cəbhə Partiyası 34 faizə yaxın səs toplayaraq əhəmiyyətli dərəcədə üstündür. İkinci yerdə 28% səslə "Yeni Xalq Cəbhəsi" sol ittifaqı gəlir, prezident Makronun mərkəzçi partiyası isə 20,8% səslə üçüncü yerdə qərar tutub. Milli Cəbhə Partiyasının 28 yaşlı lideri Cordan Bardella "Fransızlar bizə səs verərsə, bütün fransız xalqının baş naziri olmağa çalışıram" deyib. Amma bunun üçün Milli Assambleyada mövcud yerlərin əksəriyyətini - 289-nu əldə etməlidirlər. Fransada heç vaxt ifrat sağçılar parlament seçkilərinin birinci turunda qalib gəlməyib".

Ekspert qeyd edib ki, mövcud qanunlara əsasən burada birinci turdan sonra hər bir dairə üzrə ilk iki yeri tutan namizədlər ikinci tura keçir:

"Le Pen və Bardella 577 yerlik Milli Assambleyada 289 yerin mütləq əksəriyyətini əldə etməyə və bununla da digər partiyalardan yardım almadan  hökuməti qurmağa çalışır. Gələn bazar günü keçiriləcək ikinci turda yerlərin sayı ilə bağlı proqnozlar onların bu hədəfə çata biləcəyini göstərir. 1-ci turun qalibləri ikinci tura qədər olan zamandan uğurla istifadə edib, təbliğat kompaniyasını genişləndirərsə, Aİ-nin aparıcı ölkələrindən biri olan Fransaya sağ populistlərdən ibarət hökumət başçılıq edəcək".

Ekspertin fikrincə, iyulun 7-də keçiriləcək seçkilərin nəticələrini gözləmədən də demək olar ki, Fransa Makron hökumətinin daxili və xarici  siyasətdə buraxdığı səhvləri uzun müddət düzəltməklə məşğul olacaq:

"Fransanın və şəxsən Makronun Azərbaycana qarşı demarşları və Ermənistanla daha da yaxınlaşma siyasəti ölkəmizdə bu ölkəyə qarşı getdikcə daha çox qıcıq yaradır və tezliklə bu siyasətin dəyişdirilməsini arzulayırıq. Parisin bu səhvləri içərisində Fransanın Azərbaycana münasibətdə tutduğu mövqe də var".
 
Qeyd edək ki, iyunun 30-da Fransa parlamentinə keçirilən seçkilərin birinci turunun qalibi Marin Le Penin Milli Cəbhə Partiyası olub. Partiya solçu və mərkəzçi rəqiblərini geridə qoyaraq səslərin 34 faizini əldə edib. Sol qanad koalisiyası - "Yeni Xalq Cəbhəsi" 28, prezident Emmanuel Makronun Birlikdə Alyansı isə 20,5 faiz səs yığa bilib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya