» » Ermənistanı silahlandıran Fransa NƏYİN PEŞİNDƏDİR? - GƏLİŞMƏ

Ermənistanı silahlandıran Fransa NƏYİN PEŞİNDƏDİR? - GƏLİŞMƏ



Ermənistan Fransa ilə 155 mm-lik özüyeriyən SEZAR qaubitsasının alınmasına dair müqavilə imzalayıb. Müqavilə Ermənistan müdafiə nazirinin Parisə səfəri zamanı imzalanıb. Təfərrüatlar açıqlanmasa da Fransanın 15 ay ərzində 36 Sezar öldürücü silahını Ermənistana təhvil verəcəyi bildirilib.
Fransanın açıq formada Ermənistana hücum silahları verməsi region ölkələrinin, xüsusən də Azərbaycanın kəskin etirazına səbəb olub. Ekspertlərin fikrincə, Fransa Ermənistanı öldürücü silahlarla təchiz etməklə onun qəbrini qazır və bunu bütün region ölkələri də görür. Rusiya XİN öz bəyanatında bildirib ki, regional təhlükəsizlik yalnız region ölkələrinin birgə əməkdaşlığından keçir. Buraya regiondan kənar qüvvələrin təsiretmə cəhdləri isə sadəcə yeni qarşıdurmalar yarada bilər. İran XİN də oxşar bəyanat yayıb və xarici qüvvələrin regionda olmasını böyük təhlükə adlandırıb. Bütün bu siqnallar Ermənistan üçün ciddi mesaj olmalıdır. Region ölkələrinə edilən xəyanətin bədəli Ermənistana baha başa gələcək.
Fransa ilə Ermənistan arasında Sezar artilleriya sistemlərinin alqı-satqısı barədə kontraktın imzalanmasına münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin rəsmi mövqeyi isə kifayət qədər sərt olub. Əvvəlki xəbərdarlıqlardan tamamilə fərqlənən bəyanatda birbaşa və ya dolayı yolla qarşı tərəfə müharibə mesajı ötürülüb: “Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır".
Azərbaycan MN həmçinin qeyd edib ki, Ermənistanın yenidən silahlandırılması yeni müharibəyə aparan yoldur.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov isə “Sherg.az"a açıqlamasında xatırladıb ki, Azərbaycan və Ermənistan arasında sülh, təhlükəsizlik və sabitlik istiqamətində mühüm danışıqlar getdiyi bir zamanda Ermənistan ordusu tərəfindən mövqelərimiz atəşə tutulur:

“Bütün bunlar isə onu göstərir ki, rəsmi İrəvan regionda sabitliyi pozmaq məqsədlərini güdür, işğalçılıq siyasətini davam etdirmək üçün fürsət axtarır.
Eyni zamanda Ermənistan daxilində revanşist qüvvələrin baş qaldırması və müxalif qüvvələrin Azərbaycanla Ermənistan arasındakı delimitasiya-demarkasiya prosesinə qarşı çıxması bu və ya digər formada sülh danışıqlarına mənfi təsir göstərir. Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması da regionda təhlükəsizliyə böyük əngəllər yaradır, yeni təhdidlər formalaşdırır. Fransa və Ermənistan arasında hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi birmənalı olaraq regional sabitliyə təhlükə törədir. Bu həm də, rəsmi Parisin öz geosiyasi ambisiyalarını regionda daha da artırmaq məqsədindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, bu gün Bakı və İrəvan arasında dialoq nəticəsində bütün problemlərin həllinə şərait yaradılır. Qazaxın dörd kəndinin geri qaytarılması, COP29-un keçirilməsi ilə bağlı Ermənistanın Azərbaycanın lehinə öz namizədliyini geri götürməsi və hərbi əsirlərin dəyişdirilməsi region üçün müsbət şərait yaradıb. Lakin Makron administrasiyası bu razılıqların üstündən xətt çəkir və Ermənistana hərbi dəstəyin göstərilməsini davam etdirir”.
Politoloqun sözlərinə görə, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfərində “Caesar” özüyeriyən artilleriya qurğularının Fransadan Ermənistana tədarükü barədə razılığa gəlməsi, şübhəsiz, regional təhlükəsizliyə bir sıra təhdidlər yaradır:
“Azərbaycan da baş verən bütün bu proseslərə öz reaksiyasını bildirir. Əgər yaxın zamanlarda da Fransa Ermənistanı eyni şəkildə silahlandırmağa davam edərsə, dövlətimiz buna səssiz qalmayacaq. Düşünürəm ki, rəsmi Bakıdan adekvat cavab gələcək. Fransa bilərəkdən bu eskalasiya yolunu tutub, bu da tamamilə yolverilməzdir. Heç kim zəmanət verə bilməz ki, Fransanın hücum silahlarını əldə edən Ermənistan yenidən Azərbaycan torpaqlarını işğal etmək həvəsinə düşməyəcək, ölkədə revanşizm dalğası güclənməyəcək. Biz Ermənistandakı müxtəlif dairələrin zaman-zaman müharibə ritorikası ilə çıxış etdiyini də görürük”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya