» » "Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..

"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..



Azərbaycan nümunəsində “kollektiv Qərb” ifadəsinin işlənməsini yanlış hesab edirəm. Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir, Ukraynaya qarşı işğalçı müharibəyə başladıqan sonra istifadə etməyə başlayıblar. Rusiya rəsmiləri bu ifadəni işlədə bilərlər, çünki Ukraynaya qarşı işğalçı müharibəyə görə ABŞ və Avropa İttifaqı ölkələri Kremlə qarşı vahid strategiyadan çıxış edirlər. Ancaq məlum ifadə Azərbaycan üçün doğru deyil. Fransanın xaricində Azərbaycanın digər Qərb ölkələri ilə münasibətlərində ciddi problemləri yoxdur, əksinə ABŞ və Avropa İttifaqı ölkələri ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq edirik. Misal üçün İsrail-İran gərginliyi fonunda ABŞ Dövlət Departamentinin İran üzrə elçisinin Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər təhlükəsizlik mövzuları ilə bağlı idi. Və ya Vaşinqton Azərbaycan neftinin və qazının Avropaya nəqlində maraqlıdır ki, köhnə qitənin Rusiyadan enerji sahəsində asılılığı azalsın.
Əlbəttə, ABŞ və bir sıra Avropa ölkəsinin, o cümlədən Brüsselin siyasətində xoşumuza gəlməyən məqamlar var və tənqidimizdə haqlıyıq, ancaq bu o demək deyil ki, “kollektiv Qərb Azərbaycana düşmən münasibət bəsləyir” və ya “kollektiv Qərb Cənubi Qafqazda müharibə istəyir” kimi ifadələr doğrudur. Bu məntiqə uyğun deyil. Müharibə Cənubi Qafqazdakı enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. “Kollektiv Qərb” Azərbaycanın enerji imkanlarından yararlandığı halda, niyə oturduğu budağı kəssin?

Elxan Şahinoğlu
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya