» » Paşinyan hamını topladı: Qaytarmalıyıq, yoxsa Azərbaycan müharibə ilə bu ərazini də alacaq

Paşinyan hamını topladı: Qaytarmalıyıq, yoxsa Azərbaycan müharibə ilə bu ərazini də alacaq

Paşinyan hamını topladı: Qaytarmalıyıq, yoxsa Azərbaycan müharibə ilə bu ərazini də alacaq


Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə qapalı görüşdə  Qazaxın 4 kəndinin Azərbaycan qaytarılması məsələsini ciddi şəkildə müzakirə edib.

Görüşdə hökumətin demək olar, bütün üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib. İki saata yaxın davam edən görüş gərgin atmosferdə keçib. Hətta  "Vətəndaş  müqaviləsi" fraksiyasından olan deputatlar Paşinyanın kəndləri Azərbaycana qaytarması niyyətinə qarşı çıxıb. 

"Hraparak"ın yazdığına görə, Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O bildirib ki, yaxın günlərdə həmin ərazidəki Üçüncü Ordu Korpusu ərazilərdən çıxarıla, 4 yaşayış məntəqəsi Azərbayana qaytarıla bilər. "Əks halda Azərbaycan müharibə yolu ilə qalib gələcək. Bəzi deputatlar isə bildirib ki, sülh ilə verməkdənsə, müharibə yolu ilə vermək daha yaxşıdır, xalq bu dəfə hakimiyyəti mütləq bağışlamayacaq. Paşinyan bu mövqedə olanlara bildirib ki, o da belə yolu  seçmək istəmir, amma başqa yolda yoxdur. Əks təqdirdə  Azərbaycan hərbi yolla nəinki özünəməxsus əraziləri, bütövlükdə Lori vilayətini alacağına, hətta İrəvana da çatmayacağına zəmanət yoxdur. Bu dəfə Paşinyan, əslində, müavinlərini də müharibə ilə qorxudub", - nəşr yazır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya