» » İrəvanın Qərbə inteqrasiyası: Optimal variant budur... - GƏLİŞMƏ

İrəvanın Qərbə inteqrasiyası: Optimal variant budur... - GƏLİŞMƏ



Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən nüvə enerjisi sammiti çərçivəsində görüşüblər. Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Avropa İttifaqı Şurası sədrinin Azərbaycan və Ermənistan liderləri ilə 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilmiş üçtərəfli görüşləri nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Brüsseldə keçirilən görüşdə İrəvanla Bakı arasında sülh sazişinin bağlanması prosesini müzakirə ediblər. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub. Tərəflər həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda qərara alınıb ki, aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın məlumatına görə, Ermənistanın inkişafına və təhlükəsizliyinə töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır. Xatırladaq ki, 2023-cü il oktyabrın 5-də Paşinyan və Leyen Qranada görüşündən sonra birgə bəyanatla çıxış etmişdi. Leyen Ermənistana dəstək üçün Avropa Birliyi-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat vermişdi.
Heç şübhəsiz Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək deyil. Bu cəhdlər məsələni birtərəfli qaydada həll etmək təşəbbüsüdür ki, bu da Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addımdır. Bu, həm də Avropa İttifaqının missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir. Mövcud vəziyyət regionda gərginliyi artıra və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. Görünür, Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planını işə salıblar. Ehtimal ki, Rusiyanın cavab tədbirləri özünü çox gözlətməyəcək. ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Ermənistan bu senaridə vasitədir və hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Ermənistana birbaşa danışıqları təklif edir.

Deputat qeyd edib ki, birbaşa danışıqlar sülh prosesinə daha çox səmərə və fayda verir:

"Bir müddət öncə Azərbaycan və Ermənistan liderləri Münhendə görüşdü. Ardınca xarici işlər nazirləri arasında görüş oldu və müzakirələr aparıldı. Müəyyən irəliləyişə də nail olundu. Ona görə də düşünürük ki, vasitəçilər, kənar dövlətlər olmadan sülhün əldə olunması daha realdır. Azərbaycan əvvəlki dövrlərdə Brüssel görüşlərində iştirak etdi. Eyni zamanda Vaşinqtonda və başqa yerlərdə müxtəlif görüşlər keçirildi. Amma Ermənistanın bu görüşlərə xələl gətirəcək addımlar atdığını gördük. İrəvan hökuməti sürətli şəkildə Qərbə inteqrasiya yolunu tutub. Paşinyanın Avropa, Brüsseldə keçirdiyi görüşlərin mahiyyəti bundan ibarətdir. Görüşlərin digər səbəbi də Rusiya ilə bağlı narahatlıqdır. Bugün Rusiya-Ermənistan münasibətləri kifayət qədər gərgindir. İrəvan Moskvanın Ermənistana qarşı addımlarından özünü sığortalamaq üçün Qərb ölkələrinin və beynəlxalq strukturların rəhbərləri ilə əməkdaşlığı genişləndirir. Azərbaycan isə israrla tövsiyə edir ki, indiki mərhələdə ən optimal variant ikitərəfli danışıqlardır. Ermənistan da bilməlidir ki, sülhü və təhlükəsizliyi başqa yerdə axtarmaq yanlışdır. Çıxış yolu Azərbaycanın şərtlərini qəbul etmək və sülh sazişini imzalamaqdır".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya