» » Əgər savaş istəmirlərsə... - NƏ BAŞ VERİR?

Əgər savaş istəmirlərsə... - NƏ BAŞ VERİR?



Azərbaycan ilkin mərhələdə 4 kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) təhvil verilməsi üçün Ermənistana aprelə (Aprel döyüşlərinin ildönümü) qədər vaxt verib. Əks təqdirdə məsələ hərbi yolla həll olunacaq.

***

Azərbaycanın Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb etməsi Rusiya və Ermənistanın xəbər agentliklərində əsas xəbər kimi yayılıb. Bu rəsmi Bakının İrəvana ultimatumu kimi qiymətləndirilib. Doğru təsbitdir. İki variant mümkündür. Birinci variant odur ki, baş nazir Nikol Paşinyan durumu doğru qiymətləndirərək Azərbaycanın digər rayonlarına bitişik 4 kəndin geri qaytarılmasına razılaşacaq və bunun vacibliyini ermənilərə anladacaq. Onsuz da həmin kəndlərdə ermənilər yaşamır. İkinci variant isə odur ki, Paşinyan məsələni əvvəlkitək gecikdirməkdə davam edəcək. Bu halda Azərbaycan ordusunun həmin kəndlərə daxil olmaqdan başqa alternativi qalmayacaq. Həmin kəndlərə görə, Ermənistanın Azərbaycanla müharibəyə başlayacağının ehtimalı azdır. Məlum xarici mərkəzlərin Azərbaycana qarşı bəyanatları olacaq, ancaq ölkəmizə qarşı sistemli beynəlxalq təzyiqin olacağı istisnadır. Azərbaycan öz kəndlərini geri qaytaracaq.

Azər Fikrətoğlu
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya