» » Azərbaycanın da ABŞ-ın siyasətindən haqlı narazılıqları var... - GƏLİŞMƏ

Azərbaycanın da ABŞ-ın siyasətindən haqlı narazılıqları var... - GƏLİŞMƏ



Türkiyənin xarici işlər naziri Hakan Fidanın Vaşinqtona son səfərinin nəticələrini müsbət qiymətləndirmək olar. Hakan Fidan Vaşinqtona iki günlük səfəri zamanı amerikalı həmkarı Entoni Blinken, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Senatın Xarici Əlaqələr və Kəşfiyyat Komitəsinin üzvləri və Milli Kəşfiyyatın direktoru Avril Hayns ilə müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Türkiyə-ABŞ münasibətlərini dəyərləndirərkən maraqlı cümlə işlədib: “İki ölkə arasında dialoqu davam etdirərkən yenilənmiş psixologiya, daha müsbət gündəm və yeni səhifə açaraq yolumuza davam etmək imkanımız var. Böhranları idarə etmək üçün hər iki ölkənin yaddaşı və refleksləri var”.
Hakan Fidan bununla demək istəyib ki, iki ölkə arasındakı münasibətlərdə həllini gözləyən problemli mövzular (ABŞ-ın Suriya ərazisində PKK-nın törəmə təşkilatlarına dəstəyi, Fətullah Gülənin Pensilvaniya ştatından “təşkilatını” idarə etməsi, razılaşmaların əksinə olaraq F-35 təyyarələrinin Türkiyəyə satışının qadağan edilməsi) olsa da, dialoqdan və tərəfdaşlıqdan qopmaq olmaz. Doğru strategiyadır. Elə buna görə də Fidan amerikalı həmkarı Blinkenlə münasibətlərdə yeni bir dövr açmağa çalışaraq mövcud problemləri idarə etmək, eyni zamanda iki ölkənin istehsal edə biləcəyi ortaq potensial və imkanları reallaşdırmaq vacibliyini bildirib.
Amerikanın dünya proseslərinə təsiri azalsa da, supergüc olaraq qalır. Bu dövlətlə müxtəlif mövzularda razılaşmamaq olar, ancaq Vaşinqtonla bütün körpüləri yandırmaq doğru deyil. Azərbaycanın da ABŞ-ın siyasətindən haqlı narazılıqları var. Buna baxmayaraq, Bakı ilə Vaşinqton arasında dialoq davam edir, enerji və təhlükəsizlik sahəsində ortaq maraqlar var.

Elxan Şahinoğlu
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya