» » Bu ölkələrin etdikləri cavabsız qalmayacaq - Deputat

Bu ölkələrin etdikləri cavabsız qalmayacaq - Deputat

Bu ölkələrin etdikləri cavabsız qalmayacaq - Deputat


“Avropa Parlamentinin “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə əlaqədar illik hesabatı və onun ardınca baş verənlər haqda bir neçə kəlmə danışmaq istərdim. Öncə onu deyim ki, Avropa parlamentindəki islamofob ünsürlərin ölkəmizə qarşı sanksiya tələbləri əslində Azərbaycandan da çox, xristianlıqlarını addımbaşı qabartdıqlarının, guya dəstəklədiklərinin əleyhinə işləyir, onların təcriddə qalmalarını daha da uzadır”.
 
Bunu deputat Sahib Alıyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
 
“Ölkəmizə gəldikdə, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində nazirlərin martın birində Bakıda keçirilən toplantıları göstərdi ki, Avropa Parlamentinin hesabatı nəinki Avropa Kommissiyası üçün keçərli deyil, Fransanın indiki baş nazirinin “kiçik Makron” ayamasını daşımağa tam layiq olan Borel kimilərini çıxsaq, oradakıların əksəriyyətinin həmin sənədə yanaşmaları bizimkindən elə də çox fərqlənmir. Məsələn, mən inanmıram ki, artıq ikinci dəfədir ki, Azərbaycanı Panavropa qaz təchizatçısı adlandıran Avropa Birliyinin energetika məsələləri üzrə komissarı xanım Kadri Simson Avropa Parlamentindəki makronabənzərlərin ölkəmizə qarşı sanksiya tələblərini bölüşsün. Özü də bilə-bilə ki, 2040-cı ilədək Avropa Birliyinin elektrik enerjisinə olan təlabatı 80-dək artacaq və onun təminində də yenə biz mühüm rol oynayacağıq. Yəni Azərbaycan elektrik enerjisi təminatında da Panavropa təhcizatçısı olacaq ki, dünən cənab İlham Əliyevin qəbulunda olarkən Bolqarıstan Parlamentinin sədrinin bununla bağlı xahişi də dediyimizin bir növ təsdiqidir.  Biz artıq görürük ki, Macarıstan və Rumıniyanın ardınadan Bolqarıstan da Azərbaycanın yaşıl enerjisini Avropaya çatdıracaq kabelə qoşulmaq istəyir və bununla bağlı xahiş müsbət həll olundu. Bolqarıstandan da söz düşmüşkən, iki gün öncə Yunanıstanın xarici işlər naziri Azərbaycan qazının ora çatdırılmasında ölkəsinin oynadığı mühüm roldan danışırdı və onun açıqlamasından çıxan nəticə bu idi ki, bizimlə əməkdaşlıq nəinki enerji təhlükəsizliklərini təmin edib, üstəlik haba çevrilmək şansları var. 
 
Maraqlıdır deyilmi, Yunanısanın xarici işlər naziri Azərbaycanın ölkəsinin təhlükəsizliyinin təminində oynadığı mühüm roldan danışır, müdafiə naziri isə İrəvana təşrif gətirərək revanşizmə can atdığı onlara da sirr olmayan Ermənistanı silahlandırmaq üçün əllərindən gələni edəcəklərini deyir və orada Fransa-Yunanıstan-Kipr-Ermənistan kvartetindən dəm vurulur.  
 
Afinadakılar görəsən, fərqindədirlərmi ki, bu nakorluqları, yəni Ermənistanlıq etməkləri cavabsız qalmayacaq. Və cavablardan da biri Türk Dövlətləri Təşkilatının iyulda Şuşada keçiriləcək zirvəsində olacaq”, - deputat deyib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya