» » Türkiyə və Britaniyanın yeni planı: Sülh sazişinin imzalanacağı məkan... - NƏ BAŞ VERİR?

Türkiyə və Britaniyanın yeni planı: Sülh sazişinin imzalanacağı məkan... - NƏ BAŞ VERİR?



Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Liderlərin Münxen görüşündən sonra həm Avropa Birliyi, həm də ABŞ-dən Bakı və İrəvana pozitiv mesajlar gəlməyə başlayıb. Hesab etmək olarmı ki, sülh prosesi yenidən Brüsselə qayıdır?

- İndiki məqamda belə görünür. Bəli, o ehtimal yaranır ki, Brüssel prosesi yenidən canlanır, Qərb, xüsusən də ABŞ prosesi ciddi nəzarətə almağa çalışır. Amma müəyyən səndələmələr də olur. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Azərbaycanla Ermənistan arasındakı sülh məsələsi Brüssel formatında həll ediləcək və münasibətlər tənzimlənəcək. Münxen görüşü prosesə yeni təkan verib. İndi Ermənistanın buna sadiq qalıb-qalmayacağını zaman göstərəcək.

- Fransa bundan əvvəl Brüssel prosesini öz təxribatçı fəaliyyətləri ilə pozmuşdu, bəs bu dəfə hansı yolu seçəcək?

- Prezident İlham Əliyevin bu məsələ ilə bağlı mövqeyi aydındır, Şarl Mişellə telefon danışığı zamanı bunu açıqlayıb. Blinkenlə də Makronun hər yerə burnunu soxması məsələsi müzakirə olunub. Zənnimcə, Makron bundan sonra prosesə qarışmayacaq. Amma Ermənistan baş naziri ilə əlaqələrini saxlayacaq, silah göndərəcək, bölgədə özünə yer etmək üçün ermənilərlə ənənəvi əlaqələrindən istifadə etməyə çalışacaq. Sülhyaratma prosesi isə Makronsuz davam edəcək və reallaşacaq.

Fikrimcə, proses Brüsseldə davam edəcəksə, vasitəçi Avropa Birliyi, müəyyən mənada da ABŞ olacaq. Yəni artıq masada Fransaya yer yoxdur.

- ABŞ dövlət katibi Entoni Blinkenin türkiyəli həmkarı Hakan Fidanla görüşündə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olundu. Tərəflər arasındakı əvvəlki görüşlərdə də bu məsələdən danışılmışdı. ABŞ-nin Cənubi Qafqaz məsələsini aktiv şəkildə Türkiyə ilə müzakirə etməsi nədən xəbər verir?

- ABŞ yaxşı başa düşür ki, Türkiyənin Azərbaycan, eləcə də Cənubi Qafqazda güclü mövqeyi və yeri var. Üstəgəl, Azərbaycan və Türkiyə hərbi-strateji müttəfiqdir. Azərbaycan-Türkiyə əlaqələri digər sahələrdə də, dövlətlərarası münasibətlərin ən yaxşı formasını özündə əks etdirir. Bu baxımdan da, yəqin ki, Blinken Hakan Fidanla görüşündə sülh prosesinin bütün məqamları haqda danışıb. Nazirlər prosesin sürətləndirilməsinin vacibliyini də vurğulayıblar.

Cənab İlham Əliyev də bu günlərdə Ankarada sayın Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirdi ki, sülh prosesi sürətlə aparılmalı və başa çatdırılmalıdır. Prosesin başa çatdırılması Türkiyənin özü üçün də, iqtisadi-siyasi baxımdan prinsipial əhəmiyyətə malikdir. Bu, Türkiyənin bölgədəki mövqeyi və nüfuzunu gücləndirəcək. Hesab edirəm ki, Türkiyə bundan sonrakı mərhələdə prosesə daha fəal təsir göstərəcək.

- Britaniya kəşfiyyatının rəhbəri Riçard Mur Münxendə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdü. Mur bundan əvvəl İrəvanda da olmuşdu. Britaniyanın Ermənistana yönəlik fəallığı nədən irəli gəlir və ya Azərbaycanla da sıx əlaqələri olan London prosesdə hansı rolu oynaya bilər?

- Britaniyanın bölgədə çox yaxından və uzun müddətdir əməkdaşlıq etdiyi ölkə Azərbaycandır. Britaniya Azərbaycanla münasibətlər xüsusi əhəmiyyət verir. Xüsusən də BP-nin Azərbaycanın enerji sektorundakı fəaliyyəti münasibətlərin yaxşı səviyyədə qurulmasına kömək edir.

Murun Paşinyanla görüşünə gəlincə, Britaniyanın bunda müəyyən maraqları ola bilər. Ümumiyyətlə, indi Qərb Ermənistan və Paşinyana onu izah etməyə çalışır ki, çəkinmədən, usanmadan Rusiya ilə əlaqələrdən imtina etsinlər, Moskvanın hərbi bazalarının çıxarılması ilə bağlı birmənalı mövqe ortaya qoysunlar. Bütövlükdə Rusiyanın Cənubi Qafqazla bir əlaqəsinin qalmamasına çalışırlar. Hesab edirəm ki, Britaniya kəşfiyyatının rəhbəri çəkinməməsi və Rusiyaya qarşı daha cəsarətli mövqe göstərməsi üçün Ermənistana müəyyən təminatlar verib. Bunlar da Rusiyadan uzaqlaşmaq istəyən Ermənistan üçün mühüm önəmə malikdir.

- Bütün bu gəlişmələr sülh müqaviləsinin yaxın gələcəkdə imzalanacağı ehtimalını gücləndirirmi? Məsələn, bunun üçün sərhəd, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və anklavlar məsələləri necə çözüləcək?

- Ermənistan sərhədin delimitasiyası məsələsini ön plana çəkmək istəyir. Bu fonda Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi müzakirə olunur. Artıq Paşinyanın təlimatı ilə referendumla bağlı xüsusu şura və komissiya yaradılıb. Bu iki qurum Konstitusiya dəyişikliyi üzərində ciddi iş aparır. Hələlik rəsmi açıqlama verilməsə də, Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesi sürətlə gedir. Yaxın zamanlarda bu proses baş tuta bilər.

Bir sözlə, sülh müqaviləsinin imzalanması üçün münbit zəmin var, bunun üçün iradə lazımdır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya