» » Bakı Parisi yenə öz meydanında məğlubiyyətə uğratdı - AÇIQLAMA

Bakı Parisi yenə öz meydanında məğlubiyyətə uğratdı - AÇIQLAMA

Bakı Parisi yenə öz meydanında məğlubiyyətə uğratdı - AÇIQLAMA


"Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlər və verdiyi mesajlar 7 fevralda Azərbaycanda keçirilən prezident seçkilərinin yaratdığı yeni reallığın və qarşıda duran hədəflərin dünyaya çatdırılması baxımdan təqdimatı hesab etmək olar. Münhendə ABŞ Dövlət katibi Entoni Blinken, Almaniya kansleri Olaf Şolts və digər yüksəkranqlı rəsmilər, o cümlədən müxtəlif dünyasəviyyəli şirkət rəhbərləri ilə keçirilən görüşlər kollektiv Qərbin Azərbaycanda prezident seçkilərindən sonra yaranan yeni reallıqla hesablaşdığını və ona uyğun əməkdaşlığa hazır olduqlarını ortaya qoydu. O baxımdan biz Prezident İlham Əliyevin Münhen səfərini Azərbaycanın növbəti mərhələdə qarşıda duran hədəflərinə nail olunması baxımdan çox böyük siyasi əhəmiyyət kəsb edən səfər kimi dəyərləndirə bilərik".

Bunu açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Deputat bildirib ki, bununla da Prezident İlham Əliyev seçkidən öncə bəzi Qərb ölkələri Azərbaycana qarşı başlatdığı çirkin kampaniya iflasa uğratmış oldu: "Prezidentin yürtüdüyü diplomatiya nəticəsində başda Fransa olmaqla digər Avropa ölkələri öz meydanlarında və platformalarında məğlubiyyətə uğradı. Bu özünü heç bir beynəlxalq vasitəçi olmadan Ermənistanın baş naziri Nikol Paşinyanla olan görüşü, istər ATƏT Baş katib, istərsə də digər görüşlər bunu sübut etdi.

Cənab Prezident seçkidən öncə və sonra andiçmə mərasimi zamanı çıxışında bəyan edib ki,  Qarabağ məsələsi həll olunduğundan Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanla məsələ həllini tapıb. Faktiki sülh bərqərar olub. Ona görə də  İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsində kənar güclərin vasitəçiliyinə ehtiyac yoxdur. Prezident İlham əliyev ABŞ dövlət katibi Blinken ilə görüşündə regionda de-fakto sülhün olduğunu qeyd edən Azərbaycan Prezidenti Vaşinton-Bakı, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri İrəvan-Bakı münasibətlərinin normallaşması prosesindən kənar şəkildə inkişaf etdirilməlidir. ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşündə isə ölkə başçısı bildirdi ki, Ermənistanla münasibətlərin tənzimlənməsi istiqamətində ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin, xüsusən də Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini bəyan etməsi söylədiklərimizin sübutudur. Dövlət başçısının ATƏT çərçivəsində adı çəkilən strukturların ləğv olunması və  "ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltmək daha dogru olardı" deməsi diplomatik cəhətdən çox ciddi mesaj idi. Bunu həm də  Avropaya tərs şillə hesab etmək olar. Bu o demək idi ki, bu gün Avropanın öz durumu yaxşı deyil, böhran içində olduğu halda başqasının problemini həll etmək gücündə deyil. Azərbaycan isə öz gücünə üzləşdiyi bütün problemləri həll etməyə qadirdir. Necə ki bunu İkinci Qarabağ savaşında sübut etdi. Bunu Qərb liderlərinə və onun strukturlarının başçılarına ancaq cənab İlham Əliyev deyə bilərdi, dedi də. Çünki cənab Prezident fəaliyyəti dövründə milli maraqları hər şeydən üstün tutub. Məhz onun qətiyyəti, siyasi iradəsi, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycan davamlı olaraq uğurlara və qələbələrə imza atıb. Əminliklə deyə bilərik ki, bundan sonra da uğurlara imza atacaq. Münhen səfəri və onun nəticələri bir daha ölkəmizin hansı gücə malik olduğunu ortaya qoydu. Azərbaycana münasibətindən asılı olmayaraq ölkəmizin əhəmiyyətini qeyd edərək, bu reallıqla hesablaşıb ona uyğun şəkildə gələcək əməkdaşlıqlarını qurmalı olacaqlar. Münhen səfərindən çıxan nəticə budur".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya