Sərhədin Göyçə gölünün ortasından keçməsi… - GƏLİŞMƏ
- 15-02-2024, 16:00
- Siyasət
- 0
- 70
Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Ermənistanda azərbaycanşünas ekspert kimi tanınan Armine Adibekyanın Azərbaycanın Göyçə gölünü sərhəd gölünə çevirmək planı ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Düşünürəm ki, Azərbaycan dövlətinin uzunmüddətli dövrdə coğrafiyada fərqli dəyişiklər ola bilər. Bu tarixin təbii inkşaf axarıdır. 100 il əvvəl Ermənistan dövləti yox idi. 200 il əvvəl bölgədə Rusiya yox idi və fərqli imperiyalar var idi. İndi tamam fərqli mənzərədir. Ən azından dövlətin siyasi strategiyasında və strateji xəritələrində bu cür hallar mövcud ola bilər. Gələcəkdə də heç kim bu cür sərhəd dəyişikliklərindən sığortalanmayıb. İndiki halda Ermənistan tərəfindən bu cür çıxışlar daha çox Azərbaycanı aqresiv, işğalçı kimi göstərməyə hesablanıb. Burada əsas məqsəd həm Ermənistan cəmiyyətində Nikol Paşinyana qarşı müqavimət formalaşdırmaq, həm də Azərbaycanı dünyada Ermənistana qarşı aqressiv kimi təqdim etmək cəhdidir”, - Rzayev bildirib.