» » Rus sülhməramlıları Bakının işinə qarışa bilməz - ŞƏRH

Rus sülhməramlıları Bakının işinə qarışa bilməz - ŞƏRH



Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin TASS agentliyinə müsahibəsində sülhməramlılar və Qarabağı öz istəyi ilə tərk edən ermənilər barədə dedikləri diqqət çəkir. Qaluzin deyib ki, Rusiya Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır: “Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə”. Həmçinin Qaluzin iddia edib ki, “Rusiyanın səyləri, o cümlədən 6 sülhməramlının həyatı bahasına 2023-cü ilin sentyabrında əməliyyatlar zamanı mülki əhalinin əhəmiyyətli itkilərinin qarşısı alınıb”. O, rus sülhməramlı kontingentinin qalma müddətindən də danışıb: "2025-ci ildə sülhməramlıların Qarabağda qalma müddəti regiondakı vəziyyətə bağlı olaraq uzadıla bilər". Ekspertlərin fikrincə, Qaluzinin sözləri Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik, daxili işinə kobud müdaxilədir.

Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, əvvəla, erməniləri Qarabağdan Azərbaycan çıxarmayıb, öz xoşları ilə gediblər. Öz istəkləri ilə ərazini tərk etsələr də, rəsmi Bakının mövqeyi və şərtləri bəllidir. Qayıtmaq istəyən ermənilər ilk növbədə Azərbaycan vətəndaşlığı üçün müraciət etməli, qanunlarımıza hörmət edib, bayrağımız altında yaşamağı qəbul etməlidirlər:
"Onların hüquq və təhlükəsizliyinin təmin edilməsi isə Azərbaycanın işidir.
Rəsmi Bakı bu və digər məsələləri özü etmək iqtidarındadır. Rusiya sülhməramlılarının mandatları xaricində nəsə etməsi qanunsuzdur. Rusiya XİN rəhbəri müavininin açıqlaması ikibaşlı xarakter daşıyır. Məsələ ondadır ki, Azərbaycanın Xankəndi və ətrafında keçirdiyi əməliyyatlar lokal xarakterli antiterror tədbirləri idi. Əməliyyatlar yüksək peşəkarlıq və dəqiqliklə keçirilmişdi. Əməliyyata dair video-görüntülərdən aydın olur ki, mülki şəxslər aşkar edildikdə həmin ərazilərə zərbələr vurulmurdu. O ki qaldı 6 sülhməramlının həyatını itirməsinə, biz bunun bədbəxt hadisə olduğunu bilirdik. Lakin Qaluzinin dediklərindən belə nəticəyə gəlmək olar ki, həmin 6 hərbçi erməni separatçılarını qorumağa çalışarkən həlak olublar. Nəticə etibarilə biz 6 sülhməramlı əsgərin bədbəxt hadisə nəticəsində öldüyünü düşünürük, Qaluzin isə fərqli iddia ortaya atır".

Analitik vurğulayıb ki, Qaluzinin müsahibəsində ən narahatedici məqam “2025-ci ildə sülhməramlıların Qarabağda qalma müddəti regiondakı vəziyyətə bağlı olaraq uzadıla bilər” cümləsidir:
"Buradan bir daha aydın olur ki, Rusiya öz sülhməramlılarının səlahiyyət müddətini daha 5 il uzatmaq istəyir. Kreml hesab edir ki, gələcəkdə ermənilərin Qarabağa qayıdışı fonunda sülhməramlılar regionda qalmalı, “təhlükəsizliyi” təmin etməlidir. Reallıqda isə buna ehtiyac yoxdur. Rəsmi Bakı öz vətəndaşlarının, eləcə də ərazisinin təhlükəsizliyini təmin etmək gücündədir. Bu, son illərdə bir neçə dəfə sübuta yetirilib".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya