» » Paşinyan vəziyyətdən çıxış yolu axtarır... - TƏKLİF EDİR Kİ...

Paşinyan vəziyyətdən çıxış yolu axtarır... - TƏKLİF EDİR Kİ...



Paşinyan Azərbaycana təqdim etdikləri təklifləri açıqlayıb. Bu təkliflərdə iki məqam xüsusilə diqqət çəkir:
- Silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulması;
- Sülh sazişinin imzalanması gecikəcəyi təqdirdə, bir-birinə hücum etməmək haqda paktın imzalanması;
Birinci təklif absurd səslənir. 44 günlük müharibədə Ermənistanın hərbi arsenalı böyük ölçüdə məhv edilib və hazırda Bakı İrəvanın silah mənbələrindən tutmuş aldığı hərbi texnikaya qədər hər şeyə böyük ölçüdə nəzarət edə bilir. Bu situasiya fonunda Azərbaycan öz hərbi arsenalını niyə Ermənistanın üzünə açmalıdır?! Nikol da anlayır ki, Bakı bunu etməyək, lakin belə bir təkliflə “süldən yana olan Ermənistan həbi arsenalını da açmağa hazırdır” görüntüsü yaratmaq istəyir.
İkinci təklif əslində Ermənistanın sülh sazişini imzalamayacağından xəbər verir. Mövcud şərtlərdə İrəvanın iki yolu var: ya Bakının şərtləri ilə sazişi imzalamalı, ya da prosesi bacardığı qədər uzatmalıdır;
İkinci yol Ermənistan üçün təkcə “dalan ölkə” olaraq qalmaq yox, həm də hərbi müstəvidə gələcək təhlükələr vəd edir. İrəvanda düşünürlər ki, Qərbin dəstəyi azalarsa, yaxud bölgədə xüsusilə Ermənistana hələ də manevr etməyə imkan verən mövcud şərtlər dəyişərsə, Azərbaycan problemlərin həllini hərbi müstəviyə keçirə bilər. Misal üçün, Bakı delimitasiya olunmayan sərhədi daha əvvəlki illərin xəritələrinə uyğun çəkmək, SSRİ dövründə ermənilərə “əkin və otlaq” adı altında bağışlanan ərazilərin ən azı sərhədboyu hissəsinə nəzarəti bərpa etmək istəyə bilər. Paşinyanın tez-tez dilə gətirdiyi “Sülh sazişi imzalansa, Ermənistan kadastr sənədi əldə edəcək” sözləri də bu kontekstdə təsadüfi deyil. Çünki sərhəd delimitasiya edilmədiyi, Bakı ilə rəsmi sülh sazişi imzalanmadığı müddətdə tarixi Azərbaycan torpaqları üzərində qurulan Ermənistanın legitimlik problemi qalacaq.
Paşinyan vəziyyətdən çıxış yolu axtarır: həm mövcud şərtlərdə sülh sazişi imzalamaq istəmir, həm də “silahlara nəzarət”, “hücum etməmək haqda pakt” kimi gedişlərlə Azərbaycanın əl-qolunu bağlamağı planlaşdırır;
Hərçənd, rəsmi Bakı dəfələrlə gündəmə gələn “Ermənistana hücum edəcək” iddialarını təkzib edib, mövcud şərtlərdə bu ssenari o qədər də sərfəli görünmür. Buna rəğmən, Paşinyanın irəli sürdüyü təkliflər “Azərbaycan hücum edəcək” iddialarını bəsləmək məqsədi də daşıyır.

Asif Nərimanlı
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya