» » Vüqar İskəndərov: Güclü Azərbaycanımız üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk

Vüqar İskəndərov: Güclü Azərbaycanımız üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk


Milli Məclisin deputatı Vüqar İskəndərov - Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Bu gün biz, güclü Azərbaycanımız üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə Sumqayıt şəhəri ilə məhdudlaşmır, bölgələri də əhatə edir.
  Azərbaycanın hər bir bölgəsində qeyri-neft sektoruna diqqət və qayğı yüksək səviyyədədir. Ölkəmiz ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub. Azərbaycan iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında da ön yerdə dayanır.
  Baxmayaraq ki, 2009 və 2010-cu illər tarixə böhran ili kimi daxil oldu, bu dövrdə ölkə iqtisadiyyatı dinamik inkişafı ilə dünyanın diqqətində oldu. Ölkədə aparılan islahatlar dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa geniş imkanlar açdı. Prezident tərəfindən düzgün atılan addımlar sayəsində Azərbaycana investisiya axını dayanmadı. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Lakin Prezidentin mühüm addımları bu böhranın qarşısını dərhal aldı. Sahibkarlara göstərilən maddi yardımlar nəticəsində bir çox iş yerləri dayanmadan fəaliyyət göstərdi. Bütün bu xaos dünyasında Azərbaycan modeli dünyaya örnək kimi göstərilir. Prezident İlham Əliyevin pandemiyaya qarşı atdığı addımlar vətəndaşın sağlamlığının onun üçün ən ümdə məsələ olduğunu göstərir. Xalq öz liderinə sədaqətini nümayiş etdirir, pandemiya fonunda dövlətin atdığı addımlar nəticəsində rəqəmlərin böyüməməsinə görə öz liderinə minnətdarlıq edir. Bu çətin dövrdə də Prezident İlham Əliyevin liderlik qabiliyyəti Azərbaycan iqtisadiyyatını da ayaqda saxladı. Cənab Prezident xalq tərəfindən sevilən lider olduğunu bir daha dünyaya nümayiş etdiridi. 


Milli Məclisin deputatı Vüqar İskəndərov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Vüqar İskəndərovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Milli Məclisin deputatı Vüqar İskəndərovdur.

Milli Məclisin deputatı Vüqar İskəndərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vüqar İskəndərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüqar İskəndərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Vüqar İskəndərovdan danışdılar yaxşı ki, Vüqar İskəndərov Milli Məclisin deputatıdır…Vüqar İskəndərov öz isguzarlığı ilə tanınır və seçilir….

Vüqar İskəndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya