» » Rusiya hərbi kontingentinin “donu” açılmadı?.. - NƏ BAŞ VERİR?

Rusiya hərbi kontingentinin “donu” açılmadı?.. - NƏ BAŞ VERİR?



Xəbər verdiyimiz kimi, yanvarın 9-dan bəri Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan Respublikası ərazisindəki “sülhməramlı”lara aid bölməsi donub.

Aydın olur ki, sonuncu dəfə Rusiyanın Azərbaycan ərazisindəki hərbi kontingentinə aid gündəlik xəbər və dislokasiya xəritəsi 9 yanvar 2024-cü il Bakı vaxtı ilə axşam saat 20:00-da təqdim olunub. Deməli, artıq 12 gündür ki, Rusiya ordusunun informasiya fəaliyyəti dayanıb. Bu, demək olar ki, 2020-ci ilin noyabrından bəri “sülhməramlı”lara aid informasiyalarla bağlı ilk belə uzun fasilədir. Bu müddətdə yalnız ildə maksimum 5-6 dəfə cəmi bir gün müddətinə fasilə verilib. Lakin əslində Rusiya hərbçilərinin Qarabağdakı "sülhməramlı" kimi fəaliyyəti 4 aya yaxındır ki, donub...

Qeyd edək ki, bu mövzuda ötən yazımızda xatırlatdığımız kimi, həmin hərbi kontingent nədənsə 26 avqust 2022-ci il tarixdən Azərbaycan dövlətinin nəzarətinə keçmiş və hazırda da böyükü quruculuq və abadlıq işləri və məskunlaşma aparılan Laçın şəhərini Azərbaycan ordusunun 19-20 sentyabr əməliyyatından sonrakı 4 aya yaxın müddətdə virtual olaraq öz “məsuliyyət” zonasında saxlayır. Və 9 yanvar 2024-cü ilə aid xəritədən də göründüyü kimi bu “işğal” davam edir...

Ancaq onu vurğulamaq gərəkdir ki, bu günlərdə Laçına səfərimiz zamanı etdiyimiz müşahidələrdən məlum oldu ki, Laçın şəhərinə yaxın ərazidə yalnız Laçın-Şuşa yolunun Şuşa rayonunun Turşsu qəsəbəsindən keçən hissəsində “sülhməramlı”larının postu var. Həmin postun yaxınlığında heç bir Rusiya hərbçisini görmədik. Eyni zamanda Laçın şəhərinin dronlarla da müşahidə olunmasını sezmədik...

Xatırladaq ki, 3 il iki aydan çoxdur ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında Azərbaycanın suveren(!) ərazisinə - Şərqi Zəngəzur- “Laçın dəhlizi” deyilən məkan və Qarabağ iqtisadi rayonunun, Yuxarı Qarabağın bir hissəsinə soxulan və bu gün də Azərbaycanın artıq Xocalı və Xankəndi də daxil olmaqla bütün keçmiş Dağlıq Qarabağ ərazisini hərbi nəzarətə götürməsindən sonra da faktiki heç bir funksiya yerinə yetirmədən həmin ərazilərdə qalan Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinə aid gündəlik xəbərlər və dislokasiya xəritələri Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı bölmədə əks olunur...

moderator.az
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya