Prezident ona general-mayor ali xüsusi rütbəsi verdi - SƏRƏNCAM / FOTO
- 21-11-2023, 13:43
- Siyasət
- 0
- 97
Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
“Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.