» » Tiflis Bakı üçün neytral statusunu itirir - FAKT BUDUR!

Tiflis Bakı üçün neytral statusunu itirir - FAKT BUDUR!



Tiflisin mövqeyindəki dəyişikliyin səbəbi silahı göndərən ölkənin Qərb dövlətlərindən biri olmasıdır.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Gürcüstanın Fransadan Ermənistana göndərilən hərbi texnikanın öz ərazisindən keçməsinə şərait yaratmasının səbəbləri haqda danışarkən deyib.

O bildirib ki, Avropa ilə münasibətlər fərqli olduğundan Gürcüstan mövqe dəyişikliyi edib:

“Gürcüstan hökumətinin Rusiya ilə münasibətləri gərgin idi, müharibə şəraitində olmuşdular, sonra sülh bağladılar. Belə bir halda Gürcüstan öz ərazisindən silahların Ermənistana daşınmasına icazə vermirdi. Hava sahəsini silahlar üçün bağlamışdı. Quru sərhəddə isə hətta qaçaq yolla silah keçirməyə çalışanlar tapılaraq ifşa edilmişdi. Bundan başqa, Gürcüstanın hava sahəsinə və sərhədlərinə NATO da nəzarət edə, Rusiyadan Gürcüstana, oradan Ermənistana keçiriləcək bütün silahları izləyə bilirdi. Bu şəkildə Rusiyadan Ermənistana gedən silahların qarşısı alınırdı. Ancaq burada söhbət konkret Fransadan getdiyi üçün yəqin NATO və ABŞ-ın buna etirazı olmayacaq. Gürcüstan da etirazını əsaslandıra bilməyəcək. Yəqin, bunu bu cür izah edəcəklər ki, hər ölkənin silah almaq, ordusunu gücləndirmək hüququ var və Gürcüstan, sadəcə, tranzit ölkə kimi çıxış edir”.

Politoloq bildirib ki, Gürcüstanın bu mövqeyi Tiflisin Ermənistan və Azərbaycan arasında sülhyaratma missiyasına uyğun deyil:

“İstənilən halda öz ərazisində sülh müqaviləsi imzalamağı təklif edən Gürcüstan üçün silah tranziti olmaq ürəkaçan deyil. Gürcüstan, əslində, iki ölkəni sülhə çağırmalıdır. İndiki halda Ermənistanın silahlandırılmasında Gürcüstan ərazisinin istifadə olunması Tiflisin bitərəf mövqeyi ilə üst-üstə düşmür. Bu, Gürcüstanın sülhyaratma və vasitəçilik missiyasına böyük zərbə vurdu. Gürcüstan təkcə Rusiyaya deyil, digər ölkələrə qarşı da eyni mövqedən çıxış etsəydi, daha yaxşı olardı. Niyə Fransa, NATO, AB ölkələrinin silahları Gürcüstan ərazisindən keçə bilər, Rusiya silahları isə yox? Siyasi qərarlarda davamlılıq əsasdır. Rusiya bu suallara cavab verilməsini istəyəcək. Bundan sonra Gürcüstanın öz ərazisini neytral elan etməsi ciddiyyətini itirə bilər”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya