» » Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır



İki qardaş xalqın dostluğu tarixin ağır sınaqlarından keçərək indiki ən yüksək səviyyəsinə çatıb. Türk zabit və əsgərləri 1918-ci ilin martında daş¬nak-bolşevik qırğınlarında Bakı şəhəri¬nin, digər bölgələrin erməni vandalla¬rından azad edilməsində qəhrəmanlıq göstərib şəhid oldular. Çanaqqala sa¬vaşında yüzlərlə azərbaycanlı döyüş meydanında doğma sandığı torpaq uğ¬runda canını fəda etdi. Bu silinməz sə¬hifələr Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq əlaqələrinin təməlində durur. 
Bu gün  Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu iki dövlət arasındakı münasibətlər tarixin sınağından keçmiş, heç bir qüvvə bu birliyi poza bilməmişdir. Əksinə, hər iki dövlət və millət şərəflə ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət", böyük öndər Mustafa Kamal Atatürkün" Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
44 günlük Qarabağ müharibəsin¬də qazandığımız Zəfərdə Türkiyənin Azərbaycana göstərdiyi siyasi dəstə¬yin rolu ölçüyəgəlməzdir. Prezident Rəcəb Tayyib Ərdoğanın bu mühari-bədə Azərbaycana misilsiz şəxsi siyasi dəstəyi ölkəmizə dost olmayan kənar güclərin müdaxiləsini neytrallaşdırdı, haqqın-ədalətin öz yerini almasını tə¬min etdi. Müharibədən sonra imzala¬nan Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasında hərbi-strateji müttəfiq¬liyi rəsmiləşdirdi. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi Bəyanatında ölkələrimizi birləşdirən amillərə diqqət çəkərək vurğulayıb: "Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk". 
Bu gün Azərbaycanla Türkiyə əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etməkdədir. İki qardaş ölkə xarici siyasət sahəsində vahid mövqedən çıxış edir. Eyni zamanda bölgədə inkişaf, sabitlik və təhlükəsizlik baxımından Türkiyə-Azərbaycan birliyi, tandemi olduqca önəmli və təsirlidir. 
Azərbaycan –Türkiyə münasibətləri bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də inkişaf etməkdədir. Təsadüfi deyildir ki, Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əsas hədəfimizdir. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Qardaş ölkə ilə birlikdə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi edilməsi dediklərimizin əyani sübutudur.
Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birgədir, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak etməkdədir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa quruculuq işlərini həyata keçirtmək üçün təbii ki, ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Görüləcək böyük həcmli işlər birgə həyata keçiriləcək, Türkiyə şirkətlərinin burada fəaliyyəti üçün yeni imkanlar yaranacaq.
Bir millətin iki dövlətinin qarşılıqlı əlaqələrinin spektri, münasibətlərinin özəlliyi və möhkəmliyi artıq sərhədləri aşıb. Bu birliyin yaratdığı qüdrət bütün maneələri aradan qaldırmağa qadirdir. Göründüyü kimi, bu gün dünyaya nümunə kimi göstərilən, bərabəri olmayan Azərbaycan-Türkiyə birliyi cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduqları qətiyyətli siyasətlə getdikcə daha da möhkəmlənir və bu, şad gündə də, dar gündə də bir-birinin yanında olan uca türk millətini hər zaman qürurlandırır. 


Bəhram Bağırov,
Salyan şəhər 1 saylı humanitar təmayüllü məktəb-liseyin müəllimi

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya