» » Qəhrəman Qələndərov: Yeni qələbələr və parlaq gələcək

Qəhrəman Qələndərov: Yeni qələbələr və parlaq gələcək

Qəhrəman Qələndərov: Yeni qələbələr və parlaq gələcək


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru Qəhrəman Qələndərov - İkinci Qarabağ müharibəsi tariximizə Qarabağla bağlı iki simvol bəxş etdi: Xarıbülbül və Dəmir Yumruq. Bunlardan birincisi Şuşanın-Qarabağın azadlığının və bu yolda canından keçən şəhidlərimizin, ikincisi isə Zəfərin əsasında duran Ali Baş Komandan və xalq birliyinin rəmzinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi qələbəsi ilə bitən bu savaş ilk növbədə dünyaya Azərbaycan qüdrətini nümayiş etdirmiş oldu. Heç şübhəsiz, bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.
Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı  Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını Prezident İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Cənab  İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Təsadüfi deyil ki, bu gün dünyada yüksək nüfuza və hörmətə malik olan cənab İlham Əliyevin bənzərsiz diplomatik imici, müstəqil daxili və xarici siyasəti digər dövlətlərin liderlərinin, ən nüfuzlu və tanınmış xarici bioqraf və tarixçilərin diqqətini cəlb edir.
Prezident İlham Əliyev fəaliyyətinin və dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edərək xalqa xidmətləri ilə hər bir vətəndaşın Prezidenti olduğunu sübut edir. Məhz bu gün əzəli torpaqlarımızda bütün fəaliyyət sahələrinin inkişafı istiqamətində müasir dövrün tələblərinə cavab verən əməli tədbirlər həyata keçirilir. Qısa zamanda modern aeroportlar, elektrik stansiyaları və digər əhəmiyyətli obyektlər inşa olunub, doğma torpaqlarımıza rahat gediş-gəlişin təmin olunması məqsədilə nəqliyyat infrastrukturu bərpa olunur. Yerlə-yeksan edilən ərazilərimizdə quruculuq işləri aparılır, tarixi binalar və abidələr  bərpa edilərək istifadəyə verilir, yeni yaşayış kompleksi, çoxsaylı bərpa və tikinti layihələri icra olunur.
Göründüyü kimi, reallığı inkar etmək qeyri-mümkündür. Xalq 2003-cü ildən ötən 20 ildən artıq dövr ərzində hakimiyyətdən razılığını ölkədə keçirilən seçki proseslərində ifadə edib. “Hakimiyyətin əsas mənbəyi xalqdır” deyən cənab İlham Əliyev dəfələrlə bildirib ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi atılan addımların davamlılığı üçün böyük stimul yaradır. Bəli, məğrur xalqımız həyata keçirilən, səmərəli, məqsədyönlü daxili və xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Xalqın öz Liderinə inamı və Xalq-İqtidar birliyi isə Azərbaycanı yüksəlişə, yeni qələbələrə və parlaq gələcəyə aparır.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya