» » Ermənilərə Qarabağda Ermənistan pasportu ilə yaşamağa icazə verilməyəcək - MƏQSƏD NƏDİR?

Ermənilərə Qarabağda Ermənistan pasportu ilə yaşamağa icazə verilməyəcək - MƏQSƏD NƏDİR?



Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, ermənilərin Qarabağa dönüşü mümkündür. Onun sözlərinə görə, ermənilərin Qarabağa qayıdışı qlobal güclərin - Avropa, ABŞ və Rusiyanın maraqlarına cavab verir. Şahmaranyan ermənilərin dönüşünü Azərbaycanın da istədiyini iddia edərək, bu istiqamətdə danışıqlara başlamağın mümkün olduğunu vurğulayıb. Maraqlıdır ki, Samvel Şahramanyan jurnalistin “Siz də qayıtmaq istəyirsinizmi”,- sualına cavabdan yayınaraq “bunun vaxtı gəlməyib”, - deməklə kifayətlənib. Şahramanyan Ermənistanın Qarabağ ermənilərinin vətəni olduğunu söyləməyi də unutmayıb.

Samvel Şahramaynanın bu açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Şahramanyan ermənilərin geri dönüşü mövzusunu Bakı ilə müzakirə etmək istəyir:

"İkincisi, Samvel Şahramanyan hesab edir ki, rəsmi Bakı Ermənistana köç edən ermənilərin geri qayıdışında maraqlıdır. Şahramanyanın məntiqinə görə, Azərbaycan ermənilərin qaydışını beynəlxalq təzyiqdən qurtulmaq üçün həyata keçirmək istəyir. Amma Şahmaranyan “qatarın getdiyini” anlamaq istəmir”.

E. Şahinoğlu xatırladıb ki, rəsmi Bakı Qarabağ ermənilərinə Ermənistana köç etməzdən öncə müraciət etmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edin və evlərinizdə yaşayın: “Amma qəbul etmədilər, getdilər. Bu baş verdikdən sonra rəsmi Bakının və Azərbaycan ictimaiyyətinin ermənilərin geri qayıtmasında maraqlı olduğunu söyləmək mümkün deyil. Digər tərəfdən, gedənlərin hamısının cibində Ermənistan pasportu var. Azərbaycan ermənilərə Ermənistan pasportları ilə Qarabağda yaşamağa icazə verməyəcək. Dünya qarışıb, Yaxın Şərqdə vəziyyət gərgindir. Şahmaranyana isə elə gəlir ki, beynəlxalq birlik ermənilərin Qarabağa dönüşü ilə bağlı Azərbaycana təzyiq edir. Bunun da reallıqla əlaqəsi yoxdur”.

E. Şahinoğlu sonda əlavə edib ki, S. Şahramanyanın nə deməsindən asılı olmayaraq, Ermənistana köçən ermənilərin geri qayıtmaq fikiri yoxdur, “biz türklərlə birgə yaşamaq istəmirik”,- deyirlər. Türklərlə birgə yaşamaq istəməyənlərin Qarabağda nə işləri var?
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya