» » Ordumuzun antiterror tədbirlərinin dəqiq müddəti məlum olub: 23 SAAT 43 DƏQİQƏ

Ordumuzun antiterror tədbirlərinin dəqiq müddəti məlum olub: 23 SAAT 43 DƏQİQƏ

Ordumuzun antiterror tədbirlərinin dəqiq müddəti məlum olub: 23 SAAT 43 DƏQİQƏ


"44 günlük İkinci Qarabağ savaşı, Vətən müharibəsi isə bizə qələbə sevinci və xoşbəxtliyi nəsib etdi və Ermənistan üçtərəfli Bəyanatı imzalamaqla de-fakto kapitulyasiya etdi".

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu sözləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib.

O xatırladıb ki, bununla da günlərlə hesablanan ikinci dövr başa çatıb: "44 günlük İkinci Qarabağ savaşı qələbə ilə başa çatdıqdan sonra dövlət başçımızın xalqa müraciətində dediyi kimi, "biz hal-hazırda xüsusi şanlı tariximizi yaşayırıq... biz tarixi ədaləti bərpa edirik..." Lakin imzalanmış bəyanatda şərtləri və öhdəlikləri yerinə yetirməyən məğlub tərəf saatlar və dəqiqələrlə ölçülən üçüncü dövrlə rastlaşdı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldırdı və dövlət başçımızın elan etdiyi atəşkəsin dayandırılmasına aid bütün şərtləri qəbul etdi. 23 saat 43 dəqiqə ərzində həyata keçirilmiş antiterror tədbirlərinin uğurlu sonunda cənab İlham Əliyev xalqa müraciətində dediyi kimi, "... Azərbaycan öz suverenliyini bərpa etmişdir... Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar! Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər". Qələbəyə gətirən zaman yolunda Prezident İlham Əliyevin informasiya cəbhəsində apardığı parlaq fəaliyyəti xüsusən yadda qalmaqdadır. Müxtəlif, xüsusən xarici media nümayəndələrinə verdiyi müsahibələr onun erudisiyalı, mübariz, haqdan dönməz şəxsiyyət nümayişidir. Yalan və iç üzü ikili standartlardan qaynaqlanan suallara dərin məntiqli və qətiyyətli cavabları böyüklüyün ədalət zirvəsi nümunələridir". 

"Prezidentimizin həqiqət-haqqa qarşı heç bir razılaşmaya getməməsinin və bununla hər bir razılaşmanın haqq-hesabının aparılması dünyaya nümayiş etdirilən dərsləridir. Bu müsahibələrdə dövlət başçımızın intellektual cəhətdən üstün və qalib olması beynəlxalq ictimai rəyə əhəmiyyətli təsiri idi. Çünki parlaq zəkaların fikirləri hər zaman ictimai rəyə çevrilməsi, ikiüzlülük isə yalnız rəzilliyin fəzilətə verdiyi xərac olması deməkdir.  Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan dünya hay-ermənilərin Qarabağa aid ən böyük "layihəsi"nin  və  "böyük Ermənistan" uydurulmuş mifinin puça çıxarılması, erməniçiliyin, Ermənistan və Qarabağ separatçıları üzərində qələbəsi ilə  uzun və çətin, gərgin və mürəkkəb yol keçdi. Sadalanan üç dövrün illəri və günləri, saat və dəqiqələri - yalnız keçmişdən gerçəklik  vasitəsilə gələcəyə yönələn  zamanın geri dönməz axarı deyil. Bu heç də fiziki və bioloji prosesləri göstərən sadəcə xronologiya və ya metrologiya ölçüsü də deyildi. Həmin zamanın hər bir dövrü illər və ya günlər, yaxud saat və dəqiqələrlə ölçülməsinə baxmayaraq, millətimizin gözləntilərinin psixoloji və mənəvi zamanı idi, duyulan  və dəyərləndirilən  astronomik və ya bioloji keçən saatlar düşüncəmizdə Azərbaycan ərazisi bütövlüyünün gözləntilərimizin zamanı idi. Həmin zamanın təxminən 30 ilini ədalətin bərpası arzuları və torpaqlarımızın qaytarılması həsrətilə, 44 günlük qürur və həyəcanla, 23 saat 43 dəqiqəsini şərəf və sevinclə yaşanmış dövrlər idi. Bir həqiqətdir ki, zaman öz müddət kəsiyi, uzunluğu ilə deyil, dərinliyi ilə ölçülür. Zəka dərinliyi isə ictimai təsiri ilə, yaratdığı kölgəsinin həcmi və uzunluğu ilə ölçülməlidir", - Agentlik sədri əlavə edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya