Qarabağdan ermənilərin kütləvi axını və bunun arxasındakı məkrli oyunların ŞOK DETALLARI
- 29-09-2023, 13:01
- Siyasət
- 0
- 85
Ermənistan tərəfinin son günlərdə Qarabağı tərk edən ermənilərin sayını şişirdib “pripiska” əməliyyatı həyata keçirməsi onu sübut edir ki, İrəvan növbəti mərhələdə Azərbaycana qarşı məkrli, çirkin oyunlarda istifadə edəcəyi şübhəsizdir. Məhz bu səbəbdən də hazırda Ermənistan erməni lobbisinin və havadarlarının dəstəyi ilə bu məsələni beynəlxalq aləmdə gündəmə gətirib müxtəlif ölkələrin və təşkilatların hansısa formada reaksiya verməsi istiqamətində cəhdlər edilir. Ona görə də İrəvan Qarabağ ermənilərin Ermənistana kütləvi axınında maraqlıdır. İrəvan bu kütləvi erməni axınında həm daxili, həm də xarici siyasətində faydalanmaq niyyətindədir.
Onu da qeyd edək ki, Qarabağdan ermənilərin kütləvi surətdə axınında təkcə Ermənistan deyil, həm də bölgədə marağı olan güclərin diqqət mərkəzindədir. O güclər ermənilərin kütləvi axınından öz məqsədləri üçün istifadə etmək istəyir.
Xarici güclərin marağı
Rusiya
- Rusiya Qarabağ ermənilərinin kütləvi axınını təşkil etməklə ilk növbədə erməni xəyanətinin qisasını alıb bədəlini ödətdirir. Bununla demək istəyir ki, erməniləri bu bölgəyə yerşəldirib Azərbaycanın tarixi torpaqlarında yoxdan dövlət yaradıb onun ərazisini genişləndirən Rusiyadır.
- Moskva Ermənistana kütləvi erməni axınını təşkil etməklə orada böhran yaradıb İrəvana təzyiq etməklə bölgədə təsir gücünü saxlamaq istəyir. Bu işdə Moskvaya Tehran da yardım edir. Onu da qeyd etmək lazımdır ki, Tehran bu məsələlərdə çoxbaşlı oyun oynayır. Bölgədəki geosiyasi maraqlar naminə həm Moskva, həm İrəvan və onlar üzərindən Qərblə, həm də Ankara və Bakı ilə oyununu oynayır.
Qərb
Başda ABŞ olmaqla Avropa da bölgəyə daxil olub mövqelərini möhkəmlədirib oturuşmaq üçün Qarabağdakı kütləvi erməni axınında maraqlıdır.
- Qərb ilk növbədə ermənilər arasında antirus mövqeyinin artırılmasında və bu yolla Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasında erməni cəmiyyətində mövqeyini gücləndirmək istəyir.
- Qərb kütləvi erməni axınından həm də Rusiyanın beynəlxalq imicinə zərbə vurub onun mövqelərini, həmçinin Cənubi Qafqaz ölkələri ilə münasibətlərini zəiflədib bölgəyə daha rahat daxil olmaq niyyətini güdür.
- Qərb həm də bundan öz məqsədlərinə nail olmaq üçün Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir.
Ermənistana gəldikdə isə qeyd etdiyimiz kimi, İrəvan kütləvi erməni axınından həm daxili, həm də xarici siyasətində istifadə edəcək. Buna nə qədər nail olacaq, bu başqa məsələdir.
Birincisi, İrəvan rəqəmləri şişirtməklə guya Qarabağda, həqiqətən də, son günlərdə 120 min erməninin yaşadığını sübut etmək istəyir. Lakin unudur ki, Azərbaycan tərəfi də erməni tərəfinin bu hiyləsini yaxşı bildiyindən rəsmi şəkildə videofaktlarla bunun statistikasını aparır. Ola bilsin ki, erməni tərəfi hər zaman olduğu kimi, həyasızlıq edib təqdim edilən faktları qəbul etməsin. Ermənistan hansı hiyləyə əl atsa da, bu, mümkün olmayacaq. Yəni 1988-90-cı illərin əvvəli deyil ki, insanlar kim haradan gəldi sərhədləri keçsin. Qarabağdan çıxan ermənilər Laçın SBM keçir və orada da videogörüntülər vasitəsi ilə qeydə alınır.
İkincisi, İrəvan ermənilərin zorla köçürüldüyünü, onların zorakı, təzyiq vasitəsi ilə köçürülməsi kimi qələmə verib buna “humanitar fəlakət” və “etnik təmizləmə” donu geyindirməyə çalışır. Lakin Azərbaycan tərəfi də burada da qabaqlayıcı tədbirlərə əl atıb, erməni icması arasında açıqlama alıb həmin faktları toplayırlar. Yəni İrəvanın Bakıya qarşı Qarabağın erməni icmasını etnik təmizləməyə məcbur qoyması ilə bağlı istifadə edəcəyi kartlarının fiaskoya uğrayacayağını əvvəlcədən demək olar. Çünki nə antiterror tədbirləri, nə də sonrakı mərhələdə mülki erməni əhalisinə qarşı ortada heç bir zorakı fakt yoxdur. Erməninin əlində belə bir neçə faktı olsaydı indi çoxdan həmin faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün cəhdlər edərdi. Amma Azərbaycan tərəfi erməni xislətini yaxşı bildiyindən onların əlinə belə faktlar vermədi. Əksinə, Azərbaycanın istər 24 saatlıq antiterror tədbriləri, istərsə də ondan sonrakı mərhələdə erməni əhalisinə, hətta antiterror tədbirində iştirak edən terrorçulara qarşı göstərilən insani, humanitar dəstəklə bağlı əldə yetərincə faktlar mövcuddur.
Üçüncüsü, İrəvan bunu “etnik təmizləmə” kimi təqdim etməklə bəzi ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqinə cəhd etmək istəyir.
Dördüncüsü, bu adla Azərbaycana qarşı beynəlxalq məhkəmələr səviyyəsində cinayət işinin başlanmasına çalışır.
Beşincisi, İrəvan danışıqlar prosesinin növbəti mərhələsində bu kartdan Bakıya qarşı öz şərtlərini diktə etmək niyyətini güdür.
Altıncısı, ermənilərin Qarabağa dönüşün və onların “təhlükəsizliyinin təmin edilməsi” adı altında beynəlxalq emxanizmin təmin edilməsi məqsədi güdülür.
Yeddincisi, Bakının Qərbi Azərbaycan icmasının Zəngəzur və digər yerlərə dönüşü ilə bağlı məsələdən İrəvan faydalanmaq istəyir.
Səkkizinci, müxtəlif beynəlxalq platformalarda bundan Azərbaycana qarşı manipulyasiya və imicinə zərbə vurmaq siyasətini həyata keçirməyi planlaşdırır.
Doqquzuncu, Paşinyan da bundan Ermənistan daxilində antirus mövqeyinin güclənməsi və Rusiyanın ölkədən çıxarılmasında faydalanmaq istəyir. Bu məsələdə Qərbdən dəstək qazanmaq niyyətini güdür.
Onuncu, bu adla xarici ölkələrdən, erməni lobbisindən və beynəlxalq maliyyə instutularından maliyyə dəstəyi almaq.
Daxili siyasətə gəldikdə isə Paşinyan bundan Rusiyameyilli əsas rəqiblərini sıradan çıxarmaqda istifadə etməyə çalışacaq.
Ermənilərin Qarabağı tərk etməsində bütün məsuliyyətini Rusiyanın üzərinə atmaqla onları günahlandıracaq. Paşinyan zatən son vaxtlarda fəaliyyətini bu istiqamətdə qurub. Qarabağdan çıxan ermənilər də rus hərbçilərdən razı deyil. Bu yolla Paşinyan və komandası özünü “bulanıq sudan duru” çıxarmaq istəyir. Buna nə qədər nail olacaq, zaman göstərəcək.
Paşinyan eyni zamanda xarici siyasətdə olduğu kimi, daxili siyasətdə də, hakimiyyətinin qorunub saxlanmasında, mövqeyinin möhkəmlənməsində Qərbin daha çox dəstəyini almağa çalışacaq.
Həm də bu yolla müxtəlif sosial, humanitar, iqtisadi proqramların yerinə yetirilməsi adı altında Qərbdən bacardıqca çox maliyyə almaq niyyətini güdür.
Növbəti məqam isə Qarabağ ermənilərin kütləvi, xaotik axınını təşkil etməklə onların bacardıqca İrəvana axınının qarşını alıb bölgələrdə yerləşdirməyi planlaşdırır. Paşinyanın artıq bu istiqamətdə planları hazırdır. Qarabağdan çıxan erməniləri əsasən Zəngəzur, Dərələyəz və Basarkeçərdə yerləşdirmək istəyir. O bu yolla həm Qarabağ ermənilərinin kompakt yaşamasının, həm də mütəşəkkil bir gücə çevrilib hakimiyyətlərinə qarşı təhlükəyə çevrilməsinin önünü almaq istəyir.
Paşinyan həm də Ermənistandakı acınacaqlı demoqrafik vəziyyəti yaxşılaşdırmaq istəyir.
Son olaraq onu qeyd etmək lazımdır ki, Ermənistanın istər Qarabağ ermənilərinin kütləvi axınından, istərsə də digər məsələlərdən Azərbaycana qarşı istənilən oyunu nəticədə fiaskoya məhkumdur və bunun başqa yolu yoxdur. Çünki Bakının İrəvanın mümkün bütün hiyləgərliklərini, məkrli planlarını alt-üst etmək üçün adekvat planları mövcuddur.
Necə ki, Azərbaycan ermənilərin və havadarlarının oyunlarını öz başlarında çatladır bundan sonra da elə olacaq. Hər məkrli oyun erməninin öz başında çatlayacaq.