» » Mahir Məmmədov: Əlaqələrin inkişafında yeni imkanlar yaranır

Mahir Məmmədov: Əlaqələrin inkişafında yeni imkanlar yaranır

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti SEÇİLDİ - Unikal.az

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - AŞF-nin prezidenti və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan AŞF-nin prezidenti və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

AŞF-nin prezidenti və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
 

AŞF-nin prezidenti və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov - “Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunan mövzular sırasındandır. Prezident İlham Əliyevin tədbirə fəxri qonaq qismində dəvəti Azərbaycan-Tackistan əlaqələrinin bugünkü inkişaf səviyyəsinin, həmçinin liderlərin şəxsi münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə daha da möhkəmlnməsində rolunun aydın mənzərəsini yaradır. Ümumilikdə tarixi Zəfərimiz Türk dünyası ölkələri arasında coğrafi bağlantını təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanın yer alması və onun yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində daşınmasına böyük töhfə verəcək. Prezident İlham Əliyev sözügedən tədbirdəki çıxışında Azərbaycanın nəqliyyat imkanlarından, əlaqələrin daha da möhkəmlənməsi üçün hədəflərdən bəhs etdi. Bildirdi ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparılır.”

Qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrin inkişafında stimulverici amildir: “Cənab İlham Əliyev Tacikistana səfərinin əlaqələrimizin daha da möhkəmlənəcəyinə xidmət edəcəyini bildirdi. Həmçinin Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözlədiyini vurğuladı. Möhtərəm Prezidentimizin çıxışında yer alan fikirlərin hər biri Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, ümumilikdə hədəflərə doğru birgə addımlamağa nə qədər böyük önəm verdiyini açıqladı. Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, əməkdaşlıq mesajını ünvanlayır. Cənab İlham Əliyevin “Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram” fikirləri özündə bu məqamları aydın şəkildə ifadə edir.”

 Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafında yeni imkanların açıldığını önə çəkərək bildirib ki, regional inkişafın aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən  Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır: “Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu oynamasında stimulverici amildir. Dövlətimizin  başçısı İlham Əliyev hər bir çıxışında, səfərlərində Azərbaycanın bu sahədə mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq körpüsünü birgə səylərimiz nəticəsində daha da möhkəmləndirməyin vacibliyini bildirir. Ölkəmizin beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, Şərqlə Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu davam edəcək. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.”

“Azərbaycan və Türkiyə bu birliyə verdiyi töhfələri ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il Türk Dünyasının Ali Ordeninə layiq görülmələri də bunun bariz nümunəsidir. Hər zaman bir-birinin yanında olan iki dost, qardaş ölkənin münasibətləri tarixi Zəfərimizdən sonra imzalanan Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyub.”

Tariximizin bu mühüm səhifəsi Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə bir daha nəzər salmağı zərurətə çevirir: “1918-ci il sentyabrın 15-də Azərbaycan və Osmanlı əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1132 şəhid verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının azad edilməsinin 100 illiyinə həsr olunan hərbi paraddakı çıxışında bu məqamı böyük qürur hissi ilə qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimiz fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Türkiyə və Azərbaycan tarixi, mədəniyyəti, dili, dini bir iki qardaş ölkədir.”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya