Putin: İlham Əliyev mənə irad tutur ki…
- 12-09-2023, 14:29
- Siyasət
- 0
- 104
Prezident İlham Əliyev mənə deyir ki, bilirsiniz, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb, Qarabağın statusu artıq məsələ deyil, o, həll olunub.
Bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda deyib.
“Praqa bəyanatlarında isə bunu, sadəcə olaraq, kağız üzərində qeyd etdilər. İndi prezident Əliyev mənə deyir: yaxşı, bilirsiniz ki, Ermənistan Qarabağı bizimki kimi tanıyıb, Qarabağın statusu artıq məsələ deyil, o, həll olunub. Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan edərək, 1991-ci ilə qədər bütün ərazini Azərbaycan SSR çərçivəsində hesablayıb və Qarabağın özünün də daxil olduğu bir rəqəmin (86.600 km²) adını çəkib. Bu baş verdi, bu bizim qərarımız deyildi. Bu, Ermənistan rəhbərliyinin bugünkü qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, Qarabağla bağlı nəsə etmək istəyirsənsə, indi bizimlə bütün məsələləri ikitərəfli əsasda həll etməlisən. Və nə deyək, əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, burada deyiləcək bir şey yoxdur”, - Putin qeyd edib.
İrəvanın Kremlin ünvanına Xankəndidəkilərə humanitar yüklərin çatdırılması ilə bağlı iradına toxunan Putin əlavə edib ki, təbii olaraq, burada hansısa humanitar və sülhməramlı məsələlər var: “İnanmıram ki, hər hansı humanitar fəlakət olsun. Azərbaycan rəhbərliyi hər zaman bizə deyir ki, orada hər hansı etnik təmizləmədə maraqlı deyil. Əksinə, istəyirlər ki, proses çox yumşaq və proseslər ağrısız keçsin. Əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hisəsi kimi tanıyandan sonra daha hansı məsələdən danışa bilər. Bundan sonra nə etmək olar”.
Paşinyanın onun telefonla danışmamasına gəldikdə isə Putin deyib ki, o, məktub göndərib: “Mənə ətraflı məktub göndərdi... Onunla əlaqə saxlayırıq, Ermənistan və baş nazir Paşinyanla heç bir problemimiz yoxdur”.