» » Ermənilərin bir qismi Qarabağdan köçəcək, bir qismi isə... - GƏLİŞMƏ

Ermənilərin bir qismi Qarabağdan köçəcək, bir qismi isə... - GƏLİŞMƏ



“Qarabağda yaşayan ermənilər dünyada hansı proseslərin getdiyini anlamır və buna adekvat addımlar ata bilmirlər. Odur ki, uğursuzluq sindromundan “bəhrələnməkdə” davam edəcəklər. Onlar indi status əldə etmək məqsədilə son çırpıntılarını edirlər. Düşünürlər ki, bəlkə nəsə əldə edə bilərlər. Amma nəticə olmayacaq. Necə ki, son 30 ildəki işğalçılıq, ərazi qəsbetmə, saxta dövlət qurmaq kimi siyasətlərinin nəticəsi sıfır oldu. Bir daha deyirəm ki, hazırda ermənilər dünyada gedən konyukturanın mahiyyətini tuta və prosesləri təhlil edə bilmirlər. Bu səbəbdən də belə vəziyyətə düşüblər və indi nəsə əldə etməyə çalışırlar”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Xankəndi şəhərində baş verən son prosesləri şərh edərkən deyib.

S. Cəlaloğlu bildirib ki, bu gedişlə Qarabağ erməniləri hər hansı uğur əldə edə bilməyəcəklər: “Onlar bir müddət sonra konkret seçim qarşısında qalacaqlar: ya Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşamaq, ya da Qarabağdan Ermənistana köçmək. Mən hesab edirəm ki, Qarabağ ermənilərinin bir hissəsi köçüb gedəcək, bir hissəsi isə Azərbaycan vətəndaşlığını qəbul edərək normal yaşamağa başlayacaq. Çünki üçüncü yol yoxdur”.

S. Cəlaloğlu Ermənistan baş naziri N. Paşinyanın Qarabağla bağlı son hüquqa zidd davranışlarını şərh edərək deyib ki, Ermənistan lideri hazırda ikili oynayır:

“Əvvəla, Paşinyan bilir ki, onun mövqeyi əvvəlki dövrlə müqayisədə sarsılıb. Odur ki, Qarabağ erməniləri ilə bağlı reveranslar edir. Niyə? Çünki bilir ki, Moskva onu yıxmaq istəyir və bunu Qarabağdakı erməni faktorundan istifadə etməklə reallaşdırmağa çalışır. Odur ki, mümkün qədər Qarabağ kartı ilə oynamaq və bu platforma ilə hakimiyyətini qorumaq istəyir. Yəni Paşinyanın hazırda əsas məqsədi hakimiyyətini qorumaqdır. Bu məqsədlə Qarabağdakı ermənilərin saxta “müstəqillik günü”nü təbrik edir, gah onlara maliyyə yardımı ayırır, gah da statusla bağlı sərsəm açıqlamalar verir. Əsas məqsədi isə Qarabağ kartı ilə hakimiyyətinin “vurulmasının” qarşısını almaq, bu elektoratda mümkün qədər rəğbət qazanmaqdır”.

Partiya sədri faktiki olaraq, danışıqların aparılmadığını desə də, bir müddətdən sonra fəallığın olacağını ehtimal edir:

“Danışıqlar üçün mövzu lazımdır. Mövzu sülh sazişi, komunnikasiyaların açılmasıdır. Amma bu məsələ Ermənistana sərf etmir. Buna baxmayaraq, bir müddət sonra danışıqlar başlayacaq”.

S. Cəlaloğlu sonda əlavə edib ki, ağıllı erməni siyasətçiləri bilir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın dövlət bayrağını qəbul etməlidirlər və əks halda orada yaşamaq mümkün olmayacaq.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya