» » Araikdən sonra növbə Paşinyana çatdı: Rusiya Qafqazı qarışdırır, Ermənistanda çevriliş qərarı verilib

Araikdən sonra növbə Paşinyana çatdı: Rusiya Qafqazı qarışdırır, Ermənistanda çevriliş qərarı verilib

Araikdən sonra növbə Paşinyana çatdı: Rusiya Qafqazı qarışdırır, Ermənistanda çevriliş qərarı verilib


Kreml Rusiyaya xəyanət etmiş Paşinyan hakimiyyətinin devrilməsi üçün "düymə"yə basıb, regionda yeni savaşa münbit şərait yaradılır... Köçəryan-Sarkisyan cütlüyünün liderlik etdiyi radikal-revanşist Qarabağ klanının iqtidara qaytarılması planı artıq hərəkətə gətirilmiş kimi görünür...
Ermənistan çıxılmaz vəziyyətə düşüb. Rəsmi İrəvan "xaos diplomatiyası" ilə girdiyi "geopolitik labirint"də öz özünü "divarlara" çırpmaqda davam edir. "Çıxış qapısı"nı tapa bilməyəcəyini anladığı "labirintin divarları"nı yıxmağa cəhd göstərir. Buna isə nə gücü çatır, nə də resursları yetir. Və nəticədə hər dəfə "divara" çırpılıb, yerə düşür.

Paşinyan hakimiyyətinin son illərində yürütdüyü "xaotik xarici siyasət"in qısa və obrazlı qısa izahı yalnız bundan ibarətdir. Belə ki, rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşnaq üçün əlindən gələn hər şey etdi. Ancaq bacarmadı, nəticədə Kremllə münasibətlərini ciddi şəkildə korlamış oldu. Kremlin patronajlığı altında olan KTMT-dan çıxmaq variantını sınaqdan çıxartdı. Və Ermənistanın hərbi təhlükəsizlik maraqlarını riskə atdı.

Paşinyan hakimiyyəti son vaxtlar Ermənistan cəmiyyətində sosial dayaqlarını itirdiyinə əmin olduğundan mövcud situasiyadan daha çox narahat olmağa başlayıb. Rəsmi İrəvan anlayır ki, Rusiya ilə münasibətlərin korlandığı bir dövrdə daxili dəstəyin sürətlə itirilməsi olduqca təhlükəlidir. Çünki bu, ilk növbədə Paşinyan hakimiyyətindən ciddi şəkildə narazı olan Rusiyanın maraqlarına tamamilə cavab verir. Və Paşinyan hakimiyyətini devirməyə xüsusi həvəsli olan Rusiyanın planlarını gücləndirir.

Ona görə də, Paşinyan hakimiyyəti bir tərəfdən Rusiya əleyhinə propoqandanı davam etdirir. Digər tərəfdən isə Ermənistan cəmiyyətində situasiyanı öz xeyrinə dəyişmək cəhdləri göstərir. Yəni, Kremlə bağlı erməni radikal-revanşist siyasi qüvvələrin şüarlarını onların əlindən alıb, özü istifadə etməyə can atır. Ermənistan baş naziri Nikol Paşinyan yalnız bu variantda hakimiyyətini qoruyub, həbsxanaya qapadılmaq təhlükəsindən yayına biləcəyinə ümid bəsləyir.

Erməni baş nazir hazırda Brüssel, Praqa və Vaşinqton görüşlərinin pozitiv nəticələrini sıfırlamaq üçün əlindən gələn hər şeyi edir. Hakimiyyəti ciddi şəkildə zəifləmiş baş nazir Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarında üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq niyyətindədir. Və onun son açıqlamaları da məhz bu hədəfin reallaşdırılmasına hesablanıb.

Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə müxtəlif platformalarda, hətta beynəlxalq məkanda rəsmən bəyan edib. Üstəlik, həmin bəyanatlarında Qarabağın Azərbaycana məxsus olduğunu da birmənalı şəkildə vurğulayıb. Və Qarabağ mövzusunun məhz Bakı-Xankəndi birbaşa təmasları ilə nizamlanmasının vacibliyini bildirib.

İndisə baş nazir Nikol Paşinyan bütün bunlardan imtina etməyə can atır. O, son açıqlamasında vurğulayıb ki, Azərbaycan-Ermənistan yekun sülh sazişində mütləq Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi barədə xüsusi maddə yer almalıdır. Və əks halda, sülh sazişinin imzalanması mümkün olmayacaq.

Təbii ki, baş nazir Nikol Paşinyan rəsmi Bakının sülh sazişində belə məntiqsiz və beynəlxalq hüquq normalarına zidd maddənin yer almasına imkan verməyəcəyini tam dəqiqliyi ilə bilir. Çünki rəsmi Bakı Azərbaycanın suveren ərazisi olan Qarabağ regionu ilə bağlı heç bir mövzunu hər hansı xarici ölkə, o cümlədən də, Ermənistan ilə müzakirə etmək niyyətində deyil. Bu baxımdan, erməni baş nazir faktiki olaraq, sülh sazişinin dayandırmasına yönəlik yeni xətt tutmuş kimi görünür.

Məsələ ondadır, erməni baş nazirin həmin açıqlaması məzmun və iddialar etibarilə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey deyil. Bu, həm də baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dediklərinin cəfəngiyyat olduğunu və nəticə etibarilə onun riyakarlığını növbəti dəfə birmənalı şəkildə təsdiqləyir. Çünki erməni baş nazirin açıqlamasında Azərbaycana qarşı ərazi iddiası açıq-aşkar nəzərə çarpır.

Belə anlaşılır ki, devrilmək təhlükəsi qarşısında qorxuya düşən Paşinyan hakimiyyəti, bir müddət öncəyə qədər sülh sazişindən və münasibətlərin normallaşmasından danışsa da, indi artıq kəskin şəkildə buna qarşı çıxan erməni radikal-revanşistlərin təbliğ etdiyi "ideoloji tezislərə" möhtac qalıb. Yəni, erməni baş nazir hazırda istəsə də, istəməsə də, radikal-revanşist qüvvələrin sıralarına doğru keçməyə başlayıb. Və Paşinyan hakimiyyəti Rusiyanın Ermənistanda dövlət çevrilişi planlarını yalnız belə poza biləcəyinə ümid bəsləyir.

Belə anlaşılır ki, hazırda Ermənistan cəmiyyətində, o cümlədən də, Azərbaycanın Qarabağ regionunda olan erməni separatçı-terrorçular arasında Rusiyanın təsiri əvvəlkindən daha güclüdür. Ümumiyyətlə, erməni toplumunda müşahidə olunan proseslər və dəyişikliklər Kremlin nəzarəti altındakı Koçaryan-Sarkisyan xəttinin ciddi şəkildə gücləndiyini, onlara bağlı siyasi qruplaşmaların aktivləşərək, yenidən cəmiyyətdə üstün mövqelər qazanmaqda olduğunu göstərir.

Təbii ki, Qarabağ regionundakı erməni separatçı-terrorçulara rəhbərlik edən Araik Arutunyan da Koçaryan-Sarkisyan qruplaşmasına birbaşa bağlı idi. Ancaq o, zəif xarakterli və cəsarətsiz olduğundan öz fəaliyyəti ilə erməni radikal-revanşistlərin maraqlarını tam ifadə edə bilmirdi. İndi onu əvəzləyənlər isə daha radikal mövqeləri ilə diqqəti çəkirlər, ağır cinayətlər törətmiş Arkadi Qukasyan və Bako Saakyanın qarşıdurma xəttini davam etdirməyə çalışırlar.

Onu da nəzərə almaq lazımdır ki, indi ön plana keçən erməni radikal qruplaşması Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin pozitiv inkişafına əngəl törətməyə çalışırdı. Hazırda Qarabağ regionunda mövcud olan gərginliyin səbəbkarları və Ağdam-Xankəndi yolunun açılmasını sabotaj edən də bu cinayətkar qruplaşmadır.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın Qarabağ regionunda baş verənlər Ermənistanın daxili proseslərinə hələ də birbaşa təsir edir. Görünən odur ki, Ermənistanda Qarabağ klanı növbəti hakimiyyət çevrilişinə hazırlıq prosesinə artıq başlayıb. Koçaryan-Sarkisyan qruplaşması Rusiyaya arxalanalraq, mövqelərini ciddi şəkildə gücləndirməyə nail olub.

Yəni, Kremlin qurduğu ssenari üzrə Paşinyan hakimiyyətinin devrilməsinə start verilib. Hər halda, son vaxtlar baş verən hadisələr Rusiyanın Cənubi Qafqazda yeni məkrli oyunlar qurduğunu təsdiqləyir. Və Kremlin təlimatı ilə Paşinyan hakimiyyətinin yaxın vaxtlarda devrilmə ehtimalı qətiyyən istisna deyil.(Yeni Müsavat)
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya