» » Üçüncü müharibə, yoxsa antiterror əməliyyatı? – “Ağılları varsa...”

Üçüncü müharibə, yoxsa antiterror əməliyyatı? – “Ağılları varsa...”



Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdəki qondarma rejimin qanunsuz hərbi birləşmələrinin son günlər artan təxribatları Azərbaycanın yaxın günlərdə antiterror əməliyyatlarına başlayacağı barədə proqnozları artırır. Ekspertlər hesab edirlər ki, təxribatlar toqquşma riski yaradır ki, sonucda Azərbaycan Ordusunun hərəkətə keçməyi qaçınılmaz olacaq. Hərbi toqquşmaların miqyasının genişlənəcəyi, Üçüncü Qarabağ müharibəsinə dönüşəcəyi də proqnozlar içərisindədir.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, həqiqətən də hərbi toqquşmanın olması mümkün görünür:

- Müharibə deməzdim, amma lokal toqquşmanın baş verməsi mümkün və realdır. Çünki Qarabağda separatçı silahlı birləşmələrin təxribatları səngimir. Belə olan halda Azərbaycanın antiterror əməliyyatından başqa yolu qalmır. Antiterror əməliyyatı isə müharibə deyil, adından da göründüyü kimi, əməliyyatdır. O başqa məsələ ki, Ermənistan bu prosesə qarışacaq. Ermənistanın ağlı olsa, Azərbaycanın Qarabağda antiterror əməliyyatına qarışmaz. Çünki Azərbaycan Ordusu yenidən Ermənistan ordusunun başını əzmək əzmindədir. Yəni Azərbaycanın antiterror əməliyyatına Ermənistanın qarışması lokal toqquşmanın genişlənməsinə səbəb olacaq ki, Ermənistan daha öldürücü zərbə alacaq.

Daha bir məsələ isə odur ki, İkinci Qarabağ müharibəsində sərhəd yox idi, təmas xətti var idi, Ermənistan ordusu haradan gəldi keçə bilirdi. Amma indi sərhəd var. Ermənistan qoşunları separatçılara dəstək vermək üçün Azərbaycanın sərhəd məntəqələrinə hücum etməlidir. İndi Ermənistan o qədər ağlını itirib ki, bu addımı atsın?! Rəsmi İrəvan İkinci Qarabağ müharibəsinin nəticələrini deyəsən, tez unudub.

Bizim məqsədimiz Ermənistanla müharibə deyil. İkinci Qarabağ müharibəsində Ermənistanla savaşdıq. Çünki Ermənistan ordusu Azərbaycan ərazisini işğal etmişdi, 30 il idi işğalı davam etdirirdi. Müharibədə biz ərazilərimizi azad etdik, Qarabağın böyük hissəsi erməni hərbçilərindən təmizləndi. İndi kiçik bir hissədə qondarma rejimin qanunsuz hərbi birləşmələri qalıb ki, Azərbaycan əməliyyatlarla o əraziləri də təmizləməlidir. Çünki onlar öz xoşları ilə Qarabağı tərk etmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Yenə deyirəm, Ermənistan hakimiyyətinin ağlı varsa, gözlənilən toqquşmaya qarışmaz. Yox, əgər qarışacaqsa, o zaman toqquşma daha geniş miqyas alacaq.

- Başqa bir məsələ isə bölgədəki Rusiya sülhməramlı kontingentinin olmasıdır. Toqquşmada, əməliyyatlarda rusların taleyi necə olacaq?

- 44 günlük müharibədə biz işğalçı Ermənistan ordusu ilə savaşırdıq. İndi problem odur ki, bölgədə Rusiya sülhməramlı kontingenti var. Biz istəmirik ki, Qarabağda Rusiya ilə toqquşaq. Böyük ehtimalla, Rusiya da bunu istəmir. Ona görə də hesab edirəm ki, toqquşmadan əvvəl Rusiya hərbi kontingentini xəbərdar etməliyik. Azərbaycanın öz ərazilərini terrorçulardan, quldur silahlı dəstələrdən təmizləmək hüququ var. Bu, Rusiyaya açıq şəkildə deyilməlidir. Ruslar ortalıqda qalmaq istəmirlərsə, zərər görmək istəmirlərsə, Xocalıdakı qərargahlarından kənara çıxmasınlar. Sülhməramlı əsgərlərin postlarının da yerlərini bilirik. Qərargahdan və postlarından kənara çıxmasalar onlara təhlükə olmayacaq.

- Rus hərbçilərinin savaşa qoşulmaları nə dərəcədə mümkündür?

- Mən inanmıram ki, ruslar separatçıların yanında yer alıb bizimlə savaşalar. Bəli, ruslar terrorçuların silah daşımasında yardımçı ola bilərlər. Onsuz da separatçıların hərbi yük daşımalarını müşahidə edirlər. Ona görə ki, biz dronlarla o avtomobilləri vurmayaq. Amma sabah hansısa toqquşmada rus əsgərinin bizə qarşı döyüşə atılması ehtimalı azdır.

Bütün hallarda isə Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə çatdırılmalıdır ki, əgər toqquşmada bizim qarşımızda dayansalar, bu bizim seçimimiz yox, onların seçimi olacaq. Onlar anlamalıdır ki, toqquşma zamanı separatçılar tərəfindən bizə qarşı təxribatlarda iştirak etmək Azərbaycan-Rusiya münasibətlərinə zərbə vuracaq. Münasibətlərin pisləşməsi Rusiyanın maraqlarına nə qədər cavab verər ki... Məncə Ukrayna bataqlığında inləyən Rusiya üçün Azərbaycanla da problem lazım deyil.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya