» » Zəngəzur dəhlizi masada: Ərdoğan nəyə işarə vurdu? - GƏLİŞMƏ

Zəngəzur dəhlizi masada: Ərdoğan nəyə işarə vurdu? - GƏLİŞMƏ



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı danışıb.

O, Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramovu qəbul edərkən, Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin həyata keçiriləsinin vacib olduğunu vurğulayıb.

Həmçinin, Türkiyənin xarici işlər naziri Hakan Fidan da azərbaycanlı həmkarı ilə görüşündə bu məsələyə toxunub:

“Qarabağın bərpasına, yenidən dirçəldilməsinə dəstəyimiz davam edəcək. Güclü Türkiyə güclü Azərbaycandır və güclü Azərbaycan güclü Türkiyədir. Beynəlxaq ictimaiyyət tərəflər arasında ayrı-seçkilik etməməlidir. Onlara çağırış edərək bildirir ki, regionda sülhü dəstəkləsinlər. Regionda sabitliyə gedən yol sülhün imzalanmasından keçir. Zəngəzur dəhlizinin açılması da önəmli rola sahibdir”.

Bununla da rəsmi Ankara Zəngəzur dəhlizi məsələsində öz mövqeyini bir daha ortaya qoydu və Azərbaycanın yanında olduğunu növbəti dəfə beynəlxalq aləmə bəyan etdi.

Cebhe.info-ya açıqlama verən politoloq Murad Sadəddinov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı bütün məsələlər üçtərəfli Bəyanatda öz əksini tapıb:

“Yəni o zaman Azərbaycan tərəfi Qarabağdakı müharibəni dayandırmaq üçün bir neçə şərt irəli sürdü.

Ağdam, Kəlbəcər və Laçının təhvil verilməsi ilə yanaşı, Ermənistan tərəfi Azərbaycanla Naxçıvan arasındakı quru yolu əlaqəsinin bərpa olunmasına dair öhdəlik götürdü. Biz də onun əvəzində ermənilərə Laçın yolundan istifadə etməyə imkan yaratdıq.

Təəssüflər olsun ki, onlar həmin yoldan humanitar məqsədlər üçün deyil, mina və silah-sursat daşımaq üçün istifadə etdilər. Ona görə də həmin yol bağlıdır. Amma Ermənistan tərəfi həmin yolun açılmasını istəyir və beynəlxalq aləmə müraciət edir. Hətta dünyada erməni təbliğatının təsiri altında olan siyasətçilər Laçın yolunun açılması ilə bağlı fikirlər səsləndirirlər”.

Politoloq qeyd edib ki, bütün bunların fonunda Türkiyə tərəfi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında 30 ildən çoxdur blokadanın mövcud olduğunu beynəlxalq aləmin yadına salır:

“Ermənistan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında istər kommunikasiya, istərsə də energetikanın təmin olunması baxımından öhdəlik götürsə də, bununla bağlı heç bir iş görməyib.

Nəzərə alaq ki, Türkiyə kimi regionun aparıcı dövləti, Rəcəb Tayyib Ərdoğan kimi nüfuzlu siyasi lider bir daha beynəlxalq aləmə müraciət edərək, Zəngəzur dəhlizinin tezliklə açılmalı olduğunu vurğulayıb. Məhz Zəngəzur dəhlizinin açılması Azərbaycanın mövqeyini möhkəmləndirir”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Oktyabr 2024    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Qalereya