» » Xankəndidən Bakıya zəng: erməni görün nələr dedi

Xankəndidən Bakıya zəng: erməni görün nələr dedi

Xankəndidən Bakıya zəng: erməni görün nələr dedi


Xankəndidə getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyət, su böhranı şəhərdə yaşayan ermənilərin müxtəlif ölkələrə, eləcə də Bakıya zəng etməsinə səbəb olur.

 Globalinfo.az xəbər verir ki, erməni sakinlər telefon əlaqəsi zamanı separatçı rejimin Qarabağda qoyduğu məhdudiyyətlərdən, çətin sosial vəziyyətdən, eləcə də su qıtlığından danışaraq kömək istəyiblər.

Separatçı rejimin oyuncaq “təhlükəsiz xidməti” isə bunu təhrif edərək, guya Azərbaycan kəşfiyyatının Xankəndidəki ermənilərə zəng etdiyini, oradakı sosial-iqtisadi vəziyyətlə maraqlandığını iddia edib. Reallıq isə bundan ibarətdir ki, rəsmi Bakı sülhməramlıların nəzarətində olan ərazilərdəki bütün məsələlərdən, həmçinin vəziyyətdən xəbərdardır. Hətta erməni mənbələri özləri etiraf etmişdilər ki, Azərbaycan qurumlarının əlində Qarabağdakı ermənilərlə bağlı dəqiq siyahı var.

Separatçı rejimin oyuncaq “qurumları” Xankəndidə hökm sürən çıxılmaz vəziyyətlə əlaqədar belə çağırışlar edərək, erməni əhalini təşvişdə saxlamağa çalışır. Lakin buna baxmayaraq, Bakıya zəng edən ermənilərin bir qismi sülh tərəfdarı olduqlarını deyərək reinteqrasiya prosesinə razılıqlarını ifadə edirlər.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Qalereya