» » Yasin Əliquliyev: Məsuliyyətli və şərəfli missiya

Yasin Əliquliyev: Məsuliyyətli və şərəfli missiya

Yasin  Əliquliyev: Məsuliyyətli və şərəfli missiya


Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23 saylı Mənzil - Kommunal İsrismar Sahəsinin rəisi Yasin  Əliquliyev - “Ümummilli Liderimiz, müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Müasir Azərbaycanın inkişaf və tərəqqisi, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb”.

1990-cı illərin əvvəllərində Azərbaycanı anarxiya, xaos bürümüş, respublikada ictimai-siaysi, sosial-iqtisadi böhran hökm sürürdü.  1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur olmuşdu. Beləliklə, Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı tarixi qayıdış oldu.  1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında isə Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Bu məsuliyyətli, lakin şərəfli missiyanı öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı üzləşdiyi ağır vəziyyətdən xilas etmək üçün bütün gücünü, təcrübəsini və imkanlarını səfərbər etdi.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində hər zaman xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməyib. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək. Həqiqətən də, Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayıb və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin edib. Respublikamızda cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edib. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılıb, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib.

“Bir sözlə, Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı ki, bu da torpaqlarımızın işğaldan azad edilməsində ən mühüm amil oldu. Eləcə də, ölkədə idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bütün bunların əsasında deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Hazırda Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin edən dövlətimiz bundan sonra da möhtəşəm nailiyyətlər qazanacaq”.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya