» » Azərbaycan XİN: “Ermənistan hökuməti müvafiq təhlükəsizlik tədbirləri görməli idi”

Azərbaycan XİN: “Ermənistan hökuməti müvafiq təhlükəsizlik tədbirləri görməli idi”

Azərbaycan XİN: “Ermənistan hökuməti müvafiq təhlükəsizlik tədbirləri görməli idi”


Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlara İrəvanda baş verən insidentlə bağlı çağırış edib.

14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizin bayrağının yandırılmasını qətiyyətlə pisləyən XİN hadisənin Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olduğunu qeyd edib.

“Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya