» » “Sərhədlər tam müəyyən edilməyənə qədər hər an təxribatla üzləşə bilərik” - ekspert UYARDI

“Sərhədlər tam müəyyən edilməyənə qədər hər an təxribatla üzləşə bilərik” - ekspert UYARDI



“Azərbaycanı yoxladılar, zəif tərəflərini tapmağa cəhd etdilər. Üstəlik, hazırda Ermənistanla Qarabağdakı separatçılar arasında gizli kommunikasiya yoxdur və silah-sursat daşıya bilmirlər. Bu isə onları narahat edir, yollar axtarır, boşluqların olub-olmadığını müəyyən etmək istəyirlər”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə dünən Laçın istiqamətində baş verən erməni təxribatı və lokal hərbi qarşıdurmadan danışarkən deyib.

İsazadə əlavə edib ki, hər ilin aprel ayında belə hərbi qarşıdurmalar və ya gərginliklər baş verir:

“Unutmayaq ki, 2016-cı ilin aprelində lokal toqquşma 4 günlük müharibəyə çevrilmişdi. Apreldə daima qarşıdurmaların olmasının səbəbi adətən fəsl dəyişməsidir. Son illərə qədər tərəflər qar yağdıqdan sonra yüksəklikləri tərk edir, apreldə isə yenidən ora qayıdırdılar. Adətən bu zaman lokal qarşıdurmalar olurdu. Çünki kim birinci yüksəklikdə otururdusa, məsələ həllini tapmış kimi olurdu. Amma son iki ildə Azərbaycan Ordusu qərar tutduğu yüksəklikləri qar yağanda belə tərk etmir və onu nəzarətdə saxlayır. Erməni tərəfi də yeni yol axtarmaq üçün belə təxribatlar və ya kəşfiyyat döyüşlərinə cəhd edir”.



Hərbi ekspert bildirib ki, belə halların davam edib-etməyəcəyini birmənalı demək çətindir. O, 2016-cı ilin aprelində baş verən mövqe döyüşlərinin müharibəyə çevrilməsini fakt kimi göstərir və deyir ki, sərhədlər tam müəyyən olunmayana qədər hər an təxribatla üzləşə bilərik.

İsazadə prosesdə üçüncü dövlətlərin əlinin olmasını da istisna etmir:

“Hindistan Ermənistana artilleriya satıb. Rusiya da bu təxribatın içində ola bilər. Elə qonşu İranı götürək. İranın Ermənistana dronlar satdığı deyilir. Məncə, indi bizim əsas məqsədimiz, əgər Ermənistan ordusunda dron varsa, onu ifşa etmək, əyani şəkildə faktlarla dünyaya təqdim etməkdir. Nəzərə almaq lazımdır ki, İrana qarşı sanksiyalar tətbiq edilir, bu ölkədən silah-sursat alan faktiki olaraq sanksiya altına düşməlidir. Odur ki, bizdə belə faktlar varsa, onu dəlillərlə sübut etməliyik”.

Müsahibimiz sonda diqqətə çatdırıb ki, iki ölkə arasında hərbi qarşıdurma ilə yanaşı informasiya savaşı da gedir, amma hazırda kimin güclü olmasını yüksəkliklərə nəzarət etməsi həll edir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya