» » Ermənistanı təxribata kim həvəsləndirir? - İran, Fransa… - ŞƏRH

Ermənistanı təxribata kim həvəsləndirir? - İran, Fransa… - ŞƏRH

Ermənistanı təxribata kim həvəsləndirir? - İran, Fransa… - ŞƏRH


“Azərbaycanın Ermənistanla şərti sərhədinin Laçın hissəsində irimiqyaslı təxribatın baş verə biləcəyini və ermənilərin buna hazırlaşdıqlarını iki həftə öncə bildirmişdim. Təəssüf ki, gözlənildiyi kimi oldu”.

Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın ötən gün Laçında törətdiyi təxribat haqqında danışarkən deyib. O qeyd edib ki, birmənalı şəkildə bu hadisələrin arxasında Ermənistan rəhbərliyi durur:

“Bununla bərabər, Ermənistanı buna həvəsləndirənlər də məsuliyyət daşıyırlar. Axıdılan qanlar onların vicdanına yazılmalıdır. Söhbət həmin ölkələrdən gedir ki, onlar regionda gərginliyin qorunub-saxlanmasını özünün burada hərbi mövcudluğunun təmini kimi görən dövlətdən daha çox canfəşanlıq edirlər, Ermənistanı təxribata həvəsləndirirlər. Nə qədər paradoksal görünsə də, söhbət az qala bütün məsələlərdə bir-birinə rəqib gözü ilə yanaşan, halbuki Azərbaycana gəldikdə eyni mövqedən çıxış edən  Fransa Avropası ilə fars şovinizminin tüğyan etdiyi İrandan gedir. Elə bu təxribatın Paşinyan hakimiyyətində daha çox “quzğun” kimi tanınan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfərindən dərhal sonra baş verməsində də rəmzilik var.

Məhz İranın Ermənistanı revanşizmə həvəsləndirən təxribatçı hərəkətləri, açıqlamaları, eyni zamanda, Avropa İttifaqı missiyasının qonşu ölkədəki rəhbəri Markus Ritterin həddini aşan, düşüncəsiz fikirləri reallıq hissi heç də güclü olmayan rəsmi İrəvanı növbəti dəfə belə təxribatlara vadar etdi”.
Deputat təxribatların qarşısını qəhrəmanlıqla alarkən şəhid olan hərbçilərimizə tanrıdan rəhmət, doğmalarına səbir dilədiyini vurğulayıb:

“Yaralılarımızın isə tezliklə sağalmasını arzulayıram. Buna əminəm ki, Azərbaycan Ordusu bu təxribatların cavabını artıqlaması ilə verəcək, qarşı tərəfə bunun əvəzini necə lazımdır, ödətdirəcək. Məsələ ermənilərin budəfəki itkiləri ilə bitməyəcək”.

Xatırladaq ki, ötən gün erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində üç hərbçimiz şəhid olub. Qarşı tərəfin isə dörd hərbçisi məhv edilib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya