Prezident Novruzəli Aslanovu təltif edib
- 11-04-2023, 15:04
- Siyasət
- 0
- 157

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, N.Aslanov üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır.