» » Paşinyan Baydenin də üzünü “qara” etdi: Ermənistanda hakimiyyətdaxili savaş başlayıb

Paşinyan Baydenin də üzünü “qara” etdi: Ermənistanda hakimiyyətdaxili savaş başlayıb

Paşinyan Baydenin də üzünü “qara” etdi: Ermənistanda hakimiyyətdaxili savaş başlayıb


Ermənistanın siyasi məkanında törədilən son biabirçılıqlar Paşinyan hakimiyyəti daxilində kəskin ziddiyyətlərin olduğunu, parçalanma meyillərinin baş qaldırdığını biruzə verir... Bu baxımdan, yaxın vaxtlarda Ermənistan hökumətində qarşılıqlı ittihamlarla müşayiət ediləcək istefaların ola biləcəyi də qətiyyən istisna deyil...
ABŞ prezidenti Co Baydenin “demokratiya sammiti” Ermənistanda hələ də davam edir. Ağ Ev dünyada demokratik və hüquqi inkişaf yolu tutmuş çox sayda ölkəni bir kənarda buraxıb, Ermənistana həmin “sammit”də iştirak dəvəti göndərmişdi. Halbuki, məhz Ermənistan və Fransa kimi zorakılığa, işğalçılığa bağlı ölkələrin iştirakı prezident Co Baydenin “icad” etdiyi “demokratiya sammiti”nə qeyri-ciddi tədbir görüntüsü verirdi. Və ABŞ-ın dünyanı parçalamaq, dövlətlər arasında ciddi ziddiyyətlər yaratmaq üçün planladığı “demokratiya sammiti”nin nə qədər qondarma platforma olduğunu göstərirdi.

Maraqlıdır ki, “demokratiya sammiti” sona çatsa da, ABŞ-ın uydurduğu bu platforma hazırda Fransa və Ermənistanın sayəsində öz əhəmiyyətini itirməkdə davam edir. Fransada Makron hakimiyyəti fransızları polisin hədəfinə gətirib, etiraz aksiyalarına çıxan vətəndaşları sözün əsl mənasında, kötəkləyir, həbsxanalara doldurur. Və müstəmləkəçi Fransanın hem vaxt demokratik dövlət olmayacağını sübut edir. 

Nə qədər qəribə də olsa, Ermənistanda da təxminən oxşar proseslər müşahidə olunur. Paşinyan hakimiyyəti öz biabırçı davranışları ilə ABŞ siyasi dairələrinə Ermənistanın demokratiya anlayışıyla yaxından-uzaqdan heç bir əlaqəsinin olmadığını əyani şəkildə göstərir. Əgər, Bayden administrasiyası həqiqətən də dünyada demokratiya axtarışına çıxıbsa, onun Ermənistanda olmadığını nəhayət ki, görməlidir.



Məsələ ondadır ki, Paşinyan hakimiyyəti hazırda Ermənistan cəmiyyətində əsl xof şəraiti yaratmaq üçün əlindən gələn hər şeyi edir. Erməni müxalifətinin funksionerlərinə qarşı cinayət işləri başladılıb, onların bir çoxu həbsxana təhlükəsi ilə təhdid olunur. Paşinyan hakimiyyətinin siyasi rəqibləri susdurulur. Və bütün bunları edilərkən, rəsmi İrəvan baş nazir Nikol Paşinyanın bir müddət öncə Ağ Evin patronajlığı altında keçirilmiş “demokratiya sammiti”ndə iştirakını da xatırlamır.

Digər tərəfdən, Paşinyan hakimiyyəti bütün dünyaya “yalan və manipulyasiya dərsi” də keçir. ABŞ və Qərbə Ermənistan siyasi dairələrinin davamlı yalan danışmaq, müxtəlif əsassız iddialar uyduraraq, hər kəsi onlara inandırmağa cəhd etmək vərdişlərinə əmin olmaq şansı da yaradır. Hər halda, Qərb siyasi iradə mərkəzləri Ermənistan parlamentinin spikeri Alen Simonyanın son qalmaqallarına diqqət etsələr, “erməni demokratiyası” barədə daha dolğun təsəvvürlərə malik ola bilərlər.

Deməli, Ermənistan parlamentinin spikeri Alen Simonyan bir gün öncə bəyan etmişdi ki, baş nazir Nikol Paşinyanın oğluna qarşı hücum edilib. O, iddia etmişdi ki, Aşot Paşinyanı bir neçə nəfər döyərək, ağır bədən xəsarətləri yetiriblər. Və bu polis orqanları bu cinayəti törədənlərin axtarışı ilə məşğuldurlar.

Eyni zamanda, erməni spiker, baş nazir Nikol Paşinyanın oğlunun döyülməsinin arxasında məhz Rusiyadan verilmiş sifarişin olduğuna da işarə etmişdi. A.Simonyan iddia etmişdi ki, bu hadisə sadəcə, kriminal deyil, həm də siyasi xarakter daşıyır. Və Paşinyan hakimiyyətinin Rusiya tərəfindən təhdid olunması kimi qəbul edilməlidir.



Ancaq erməni spikerin bu iddialarının ömrü cəmisi bir gün çəkdi. Belə ki, Ermənistan baş nazirinin oğlu Aşot Paşinyan şəxsən açıqlama verərək, ona qarşı hər hansı hücumun olmadığını və ümumiyyətlə, döyülmədiyini bildirdi. Onu da əlavə etdi ki, onun barəsində belə məlumatların hansı səbəbdən yayıldığını, bunda məqsədin nə olduğunu anlamaqda çətinlik çəkir. Yəni, baş nazir Nikol Paşinyanın oğlu, böyük ehtimalla atasının da istəyi ilə Ermənistan parlamentinin spikeri Alen Simonyanın böyük bir yalan uydurduğunu deyib.

İndi erməni spiker Ermənistan mətbuatı qarşısında aciz duruma düşüb. Bir tərəfdən, onun yalançı vəziyyətinə salınmasının səbəblərini hər hansı arqumentlə izah edə bilmir. Digər tərəfdənsə, baş nazir Nikol Paşinyanla münasibətlərinin normal olduğunu sübut etməyə çalışır. Ancaq iki tərəfdən birinin yalkan danışdığı qətiyyən şübhə doğurmur. Üstəlik, bütün bunların Ermənistan baş naziri N.Paşinyanla parlamentin spikeri arasında müəyyən ziddiyyətlərin mövcudluğunun təzahürü ola biləcəyi də istisna deyil.

Ancaq erməni spikerin “demokratik sərgüzəştləri” yalnız bununla məhdudlaşmır. Belə ki, A.Simonyan parlament binasında döyülmüş müxalif deputatı da şəxsən həbs etdirib. Eyni zamanda, ona etiraz etmiş və xain adlandırmış bir ermənini də yenə şəxsən cəzalandırıb. A.Simonyan öz cangüdənlərinə əmr edib ki, həmin erməninin əl-qolunu bağlayıb, onun qarşısına gətirsinlər. Bundan sonrasa, əl-qolu bağlı erməninin üzünə tüpürüb. Və bütün bunlar məhz “demokratik” şəkildə baş verib.



Maraqlıdır ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan parlament spikeri Alen Simonyanı ölkəni bütün dünyada biabır etməkdə suçlayıb. Onun fikrincə, Ermənistanı bu biabırçılıqdan yalnız parlament spikerinin dərhal istefa verməsi ilə yayındırmaq mümkün ola bilər. Halbuki, erməni spikerin belə bir niyyəti ümumiyyətlə, yoxdur.

Təbii ki, bütün bunlar ABŞ və Qərb üçün Ermənistan “demokratiya”sının ən bariz örnəyi rolunu oynaya bilər. Ağ Evin növbəti “demokratiya sammiti”nə Ermənistanı dəvət edib-etməməsi ABŞ-ın demokratiya anlayışına da aydınlıq gətirəcək. Bu baxımdan, “erməni demokratiyası”na münasibətdə hələlik reaksiya verməkdən yayınan Bayden administrasiyasının da sınaq qarşısında olduğunu düşünmək olar.

Nəhayət, Ermənistanın parlament spikeri Alen Simonyanın törətdiyi bu biabirçılıqlar həm də Paşinyan hakimiyyəti daxilində müəyyən ziddiyyətlərin olduğunu da biruzə verir. Belə anlaşılır ki, Paşinyan hakimiyyətində artıq daxili parçalanma meyilləri baş qaldırıb.

Üstəlik, bir müddət öncə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın “44 günlük savaş dövründə 11 min nəfər fərrarimiz var idi” açıqlaması da bəzi məqamları ortaya çıxarır. Hər halda, erməni müxalifətinin kəskin tənqidlərinə məruz qalan bu açıqlamanın ardınca baş verənlər Paşinyan hakimiyyətində daxili qarşıdurmanın son həddə çatdığını sezdirir. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistan hökumətində qarşılıqlı ittihamlarla müşayiət olunacaq istefalar da qətiyyən istisna deyil.(musavat.com)
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya