Alim Babayev: Dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək
- 2-12-2022, 10:41
- Siyasət
- 0
- 200
ATİAHİ Cəbrayıl rayon komitəsinin sədri Alim Babayev - Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayanda, şəhər və kəndlərimizi viran qoyanda, azərbaycanlılara qarşı XX əsrin dəhşətli cinayəti olan Xocalı soyqırımını törədəndə susan Fransa Senatı, Milli Assambleyası bu gün nədənsə danışmağa başladı. Fransa Senatından sonra Milli Assambleyanın da Azərbaycan əleyhinə çıxartdıqları qərar riyakarlığın, ikiüzlülüyün ən bariz nümunəsidir. Özünü dünyada demokratiyanın, insan hüquqlarının müdafiəçisi hesab edən Fransa əslində dünyada işğalçılıq siyasəti, xalqlara qarşı soyqırım törətmiş bir dövlətdir. Əlcəzairi və bir sıra Afrika dövlətərini əsarət altında saxlayan, insanlarını kütləvi qətlə yetirən Fransanın eyni siyasət həyata keçirən Ermənistanı müdafiə etməsi bu dövlətin əsl simasının göstəricisidir. Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərar bir daha bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərini pozmasına dəlalət edir. Bu gün Fransa Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəməyən qüvvələrin önündə gedir. Fransa hakimiyyəti başda Prezident Makron olmaqla ölkə daxilində nüfuzunu itirməkdədir. Azərbaycanı işğalçı dövlət adlandıran Fransa hakimiyyəti, Senatı və Milli Assambleyası qərar qəbul edərkən öz dövlətlərinin yaxın tarixdə törətdiklərini yəqin unudublar. Lakin dünya ictimaiyyəti bu dəhşətləri heç vaxt unutmayacaq. Fransadan fərqli olaraq Azərbaycan beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, öz suverenliyi və ərazi bütövlüyü ilə yanaşı beynəlxalq hüququ da bərpa etdi. Fransa dövləti Azərbaycana minnətdar olmalıdır ki, onun da imzası olan BMT TŞ nın 4 qətnaməsinin icrasını Azərbaycan təkbaşına yerinə yetirdi. Fransanın Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək planı baş tutmayacaq. Bu regionda Azərbaycan kimi güclü və qüdrətli dövlət mövcuddur və ölkənin İlham Əliyev kimi lideri var. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini davam etdirəcək və dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək.