» » Səttar Möhbalıyev: “Dövlət Bayrağımız Şərqi Zəngəzurun və Qarabağın aydın səmasında əzəmətlə dalğalanır”

Səttar Möhbalıyev: “Dövlət Bayrağımız Şərqi Zəngəzurun və Qarabağın aydın səmasında əzəmətlə dalğalanır”



“Bəşəriyyətin ən qədim xalqlarından biri olan Azərbaycan xalqı müdrikliyi, müstəqil olmaq istəyi, dövlətçilik ənənələri, qurub-yaratmaq təşəbbüsü, sivil yaşam tərzi, həmçinin zəngin mədəniyyəti, ədəbiyyatı ilə dünya tarixində özünəməxsus yer tutur. Tarixin bəlli dövrlərindən bu günə kimi, mənbəyindən asılı olmayaraq xalqımız haqqında rast gəlinən bütün məlumatlarda yalnız onun qəhrəmanlığından, azadlıq mübarizəsindən, sahib olduğu dövlətlərin qüdrətindən söz açılır. Xalqımızın müdrikliyi də məhz ondadır ki, tarixdə hər zaman müsbət izlər qoyub. Ucaltdığı bayrağın ətrafında birləşən insanlar ədalətli, humanist, güclü bir dövlətin nümayəndələri olublar. Müəyyən dövrlərdə işğala, təcavüzə məruz qalsalar da, şərəfli mübarizə aparıblar, azadlıqları uğrunda mücadilədən geri çəkilməyiblər. Xalqımızın yetirdiyi övladlar müstəqillik uğrunda yorulmadan mübarizə aparıblar. Bu mübarizə bütün sahələrdə - meydanlardan tutmuş ədəbiyyatımıza qədər özünü göstərirdi. Ənənəsinə sadiq qalan ata-babalarımız 1918-ci ildə min bir əziyyətlə müstəqil, demokratik dövlət quraraq üç rəngli, ay-ulduzlu bayrağımızı Vətənin göylərinə ucaltdılar. Və bu bayraq bizim dövlətimizin varlığının, milli kimliyimizin, tutduğumuz yolun carçısı oldu”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Xalqımızı öz ətrafına toplayan bayrağımız sovet hakimiyyəti illərində onun istiqlal mübarizəsinin, azadlıq məfkurəsinin simvoluna çevrildi. Göstərilən təzyiqlərə, represiyalara baxmayaraq, xalqımız dövlətçiliyinin, varlığının rəmzini unutmadı, qəlbinin dərinliklərində ən ali sevgi ilə yaşatdı. Azərbaycanı müstəqil, azad görmək arzusu ilə yaşayan, gördüyü işlərlə xalqımıza istiqlal cığırı açan, hər zaman bu müqəddəs yola işıq saçan Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsinə nail oldu. Bu, o dövr üçün nə qədər çətin qərar olsa da, xalqına, Vətəninə olan sevgisi, onu azad görmək arzusu Ulu Öndəri heç nədən çəkindirə bilmədi. Heydər Əliyevin daha bir tarixi təşəbbüsü ilə Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı və bu vəsatət əsasında üçrəngli bayrağımız Dövlət Bayrağı elan edildi. Həmin vaxtdan başlayaraq müstəqil dövlətimizin müqəddəs rəmzi olan bayrağımız beynəlxalq və regional təşkilatların önündə milli varlığımızı, dövlətimizin mövcudluğunu, suverenliyimizi əzəmətlə dalğalanaraq bütün dünyaya nümayiş etdirirır”, - Milli Məclisin deputatı bildirib.
“Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Azərbaycanın Konstitusiyasında da üç rəngli bayrağımız təsdiqləndi. Ümummilli Liderimizin müzəffər davamçısı cənab İlham Əliyev hər zaman gənc nəsilin dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə olunması, onlarda vətənpərvərlik hissinin möhkəmləndirilməsi istiqmətində mühüm işlər görür. Prezidentimiz dövlət rəmzlərinə hörmət və ehtiramını nümayiş etdirərək 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam verdi. Bununla da hər ilin 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi bayram olaraq böyük coşqu ilə qeyd edilir. Şanlı tariximizin qızıl səhifəsi olan 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları işğaldan qurtardıqları rayon və kəndlərimizin ən uca nöqtələrində ilk olaraq bayrağımızı qaldıraraq bu ərazilərin bizə məxsus olduğunu bəyan edirdilər. Fəxarətlə deyə bilərik ki, bu gün Dövlət Bayrağımız, ölkəmizin hər yer yerində, o cümlədən Şərqi Zəngəzurda və Qarabağda qürurla dalağalanır. Bu mənzərəni seyr etdikcə hər birimizin qəlbi fərəh hissi ilə döyünür. İnanırıq ki, bundan sonra da bayrağımız müstəqil Azərbaycanın dövlət rəmzi olaraq əbədi dalğalanacaq”, - AHİK sədri qeyd edib.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya