Ermənistandan sensasiya: Sülh müqaviləsinin vaxtı və imzalanacaq yeri açıqlandı
- 3-11-2022, 10:32
- Siyasət
- 0
- 148
Hazırda Tbilisidə Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı hazırlıq işləri gedir.
“Moskvanın vasitəçiliyi ilə Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq mümkün olmadı. Praqa prosesi davam edərsə, Qarabağ ermənilərdən təmizlənərək Azərbaycana təhvil verilə bilər”.
Bu barədə “hraparak” yazır.
Mətbu orqanının yazdığına görə, Soçi prosesi sülh gündəmini nəzərdə tutmur və burada sülh müqaviləsindən bəhs edilmir: “Amma Paşinyan sülh dövrünün başlanğıcından xəbər verəcək belə bir sənədi tez bir zamanda imzalamalıdır. Əldə etdiyimiz məlumata görə, belə bir sənəd noyabrın sonuna qədər və ya heç olmasa dekabrın əvvəlində imzalana bilər. Nə qədər təəccüblü olsa da, müqavilənin Tbilisidə imzalanması planlaşdırılır”, - mətbu orqanı yazır.
Mətbu orqanında o da qeyd olunub ki, bununla da Gürcüstan Ümumqafqaz sülhünün vasitəçisinə və simvoluna çevrilə bilər: “Axı həmin sənədlə bütün Cənubi Qafqaz Qərbin bu regionda maraqlarının operatoru kimi Türkiyəyə verilir. Əldə etdiyimiz məlumata görə, Gürcüstanda Əliyevlə Paşinyan görüşünə və sülh erasından xəbər verən sənədin imzalanmasına fəal hazırlıq gedir.
Həmin sənədin imzalanması Ermənistanın rəsmi və yekun olaraq Qarabağdan əl çəkməsindən xəbər verəcəkdir. Ermənistan heç bir şəkildə Qarabağın işlərinə qarışmayacağını öhdəsinə götürəcək”.