» » Putinin missiyasi Soçidə yekunlaşdı: Brüssel prosesi sülh sazişinin taleyini həll edəcək

Putinin missiyasi Soçidə yekunlaşdı: Brüssel prosesi sülh sazişinin taleyini həll edəcək

Putinin missiyasi Soçidə yekunlaşdı: Brüssel prosesi sülh sazişinin taleyini həll edəcək


Soçi görüşü yalnız Ermənistan deyil, Rusiya üçün də uğursuz oldu, Kremlin rəsmi Bakıya təzyiq mexanizmlərinin artıq işləmədiyi növbəti dəfə açıq şəkildə təsdiqləndi...  Musavat.com bildirir ki, yekun sülh sazişi “Vaşinqton sənədi” və ya “Rusiya versiyası” yox, məhz rəsmi Bakının beş baza prinsipi əsasında hazırlanmış Azərbaycan variantı üzrə imzalanacaq...

Cənubi Qafqazın gələcək taleyi ilə bağlı bir çox məqamlar artıq tədricən aydınlaşmaq üzrədir. Xüsusilə də, üçtərəfli Soçi görüşündən sonra Rusiyanın regionda öz mövqelərini qoruya bilib-bilməyəcəyi də dəqiqləşməyə başlayıb. Və bu baxımdan, Soçi görüşü Cənubi Qafqazda cərəyan edən proseslərin perspektivləri üçün böyük əhəmiyyət daşıyır.

Onu da qeyd etmək lazımdır ki, üçtərəfli Soçi görüçünün təşkili Kremlin Cənubi Qafqazdakı maraqlarını xilas etmək baxımından, sonuncu siyasi-diplomatik cəhdi də hesab oluna bilər. Kreml bu görüşə bütün istiqamətlər üzrə hazırlaşmağa çalışmışdı. İlk növbədə Rusiya mətbuatında Azərbaycan əleyhinə propoqandanı gücləndirməklə, rəsmi Bakıya qarşı təzyiq kampaniyası aparılmışdı. Və bu təzyiq kampaniyası sayəsində rəsmi Bakını Rusiyanın maraqlarına uyğun mövqe tutmağa məcbur etməyin mümkün olacağına ümid bəslənilirdi.
Digər tərəfdən, Rusiyanın ABŞ və Qərbə yaxınlaşma xətti yürüdən Ermənistanı dəstəklədiyi barədə təsəvvürlərin yaradılmasına çalışıldı. Buna paralel olaraq da şəxsən prezident Vladimir Putinin açıqlamları ilə Paşinyan hakimiyyətinin “Vaşinqton sənədi”ni imzalamağa hazırlaşmaqla, Ermənistanın maraqlarına xəyanət etdiyi barədə iddialar qabardıldı. Və müəyyən mənada, Qərbin vasitəçiliyi ilə yekun sülh sazişinin imzalanacağı təqdirdə, Paşinyan hakimiyyətinin devrilməsinin vacibliyinə yönəlik mesajlar verildi.



Ancaq üçtərəfli Soçi görüşünün nəticələri demək olar ki, Rusiyanın gözlədiyi məzmundan çox-çox uzaq qaldı. Ermənistan baş naziri Nikol Paşinyan “Biz Rusiyanın bütün təkliflərini dəstəkləyirik. Soçidə həmin təkliflər əsasında sənəd təqdim olunarsa, imzalamağa hazıram” deməklə, Kreml sahibinin “hücum kampaniyası”nı onun özünə qarşı çevirməyə çalışdı. Əslində, yəqin ki, erməni baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın təkliflərini geri çevirəcəyini elə əvvəlcədən təxmin etmək imkanındaydı.

Məsələ ondadır ki, rəsmi Bakı həmin təkliflərin Azərbaycanın maraqlarına cavab vermədiyini Soçi görüşündən xeyli əvvəl Rusiya siyasi dairələrinin diqqətinə çatdırmışdı. Böyük ehtimalla Kremlə özü birbaşa etiraz etmək cəsarəti olmayan baş nazir N.Paşinyan rəsmi Bakının bu qətiyyətli davranışından xəbərdar idi. Və ona görə də, belə rahatlıqla Rusiyanın təklifləri əsasında istənilən sənədi imzalamağa hazır olduğunu Soçi görüşündən öncə tez-tez təkrarlayırdı.

Təbii ki, üçtərəfli Soçi görüşünün nəticələri ilkin ehtimallarımızdan o qədər də fərqli məzmun daşımadı. Ermənistan baş naziri N.Paşinyan hər xırda imkanda rəsmi İrəvanın Rusiya ilə anlaşma şəraitində addımlar atdığını vurğulamaqla, Kreml sahibi V.Putinə yaltaqlanaraq, ənənəvi “erməni taktikası”na üstünlük verdi. Bununla da, erməni toplumuna Ermənistanın maraqlarının Rusiya prezidenti V.Putinin öz vədlərini tutmasına bağlı olduğunun mesajını verməyə çalışdı.

Azərbaycan Prezidenti İlham Əliyevsə, ölkəsinin milli maraqlarını birbaşa özü, həm də çox qətiyyətlə qorudu. Belə ki, Prezident İlham Əliyev Kreml sahibi V.Putinlə ikitərəfli görüşdə açıq mətnlə bəyan etdi ki, “Dağlıq Qaarabağ problemi artıq tarixə çevrilib. Bununla bağlı müzakirə edilə biləcək heç bir mövzu da qalmayıb”. Və bununla da, prezident V.Putinin üçtərəfli Soçi görüşü ərəfəsində Rusiyanın adından Ermənistana verdiyi vədlər bloklanmış oldu.



Maraqlıdır ki, mümkün qədər susmağa üstünlük verilsə də, artıq Ermənistanda da Soçi görüşündə olan hadisələr barədə müəyyən açıqlamalara rast gəlinir. Belə ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan da bildirib ki, baş nazir Nikol Paşinyan Soçi Bəyanatının mətninə “Dağlıq Qarabağ” ifadəsinin salınması üçün sona qədər təkid edib. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev buna imkan verməyib.

Göründüyü kimi, Prezident İlham Əliyev qətiyyətli mövqe tutub və Rusiya-Ermənistan planının baş tutmasının qarşısını alıb. Rusiya prezidenti Vladimir Putin də Soçi görüşündən sonra vurğuladı ki, imzalanmış sənəddən bir çox məsələlər çıxarılıb. Və təbii ki, bu, Azərbaycan liderinin növbəti siyasi-diplomatik qələbəsidir.

Nəticədə Ermənistan cəmiyyətinin və erməni toplumunun Rusiya vasitəsilə “Dağlıq Qarabağ” məsələsində yeni situasiyanın yaradıla biləcəyinin ümidləri boşa çıxdı. Brüssel prosesi və Praqa bəyannamsinin ardından Rusiyanın vasitəçiliyi də Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təsdiqi ilə yekunlaşdı. “Dağlıq Qarabağ” mövzusu gündəmdən çıxarıldı.



Belə vəziyyətdə vasitəçinin hansı ölkə və ya beynəlxalq qurum olması Azərbaycan üçün elə bir ciddi əhəmiyyət daşımır. Rəsmi Bakı beynəlxalq hüquq normalarına əsaslanan, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi üzrə hazırlanacaq istənilən sülh sazişini imzalaya bilər. Və həmin sənədin Moskvada, yoxsa, Brüsseldə hansı vasitəçinin iştirakı ilə imzalanacağının da önəmi mövcud deyil. Əsas odur ki, imzalanacaq yekun sülh sazişi məhz rəsmi Bakının israr etdiyi 5 baza prinsipinə əsaslanmaqla, Azərbaycan variantı olsun.

Ermənistan üçün isə situasiya tamamilə fəqrlidir. Belə ki, Soçi görüşü yalnız Ermənistan deyil, Rusiya üçün də uğursuz olub. Kremlin rəsmi Bakıya təzyiq mexanizmlərinin işləmədiyi növbəti dəfə açıq şəkildə təsdiqlənib. Yəni, Rusiya öz strateji müttəfiqi Ermənistana hətta üçtərəfli ortaq bəyanatda “Dağlıq Qarabağ” ifadəsini belə, “hədiyyə” edə bilmir. Və bu səbəbdən də Qərbə yaxınlaşma kursu tutmuş Ermənistan üçün Rusiyanın vasitəçilik missiyası qətiyyən cəlbedici görünmür.

Ümumiyyətlə, üçtərəfli Soçi görüşünün nəticələrinə əsasən ehtimal etmək olar ki, prezident V.Putinin vasitəçilik missiyası artıq ciddi şübhələr doğurur. Hətta Kreml sahibinin vasitəçilik missiyasının məhz Soçidə böyük ölçüdə sona çatdığını da düşünmək olar. Və Azərbaycan-Ermənistan yekun sülh sazişinin nə vaxt, imzalanacağı yəqin ki, Brüssel prosesi ilə müəyyən ediləcək.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya