» » Səttar Möhbalıyev: ”29 oktyabr tarixi bütün türk dünyası üçün önəmli bir Gündür”

Səttar Möhbalıyev: ”29 oktyabr tarixi bütün türk dünyası üçün önəmli bir Gündür”



“Bu gün nəinki Türkiyədə, eləcə də bütün Türk dünyasında əlamətdar günlərdən biridir: dost və qardaş Türk xalqı milli bayramlarını - Respublika Gününü qeyd edir. Tarixən nəhəng dövlətlərə sahib olmuş Türk xalqının qurub yaratdığı Türkiyə Respublikası bu gün dünyanın ən aparıcı və qüdrətli ölkələrindən biridir, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Bütün sahələrdə davamlı olaraq sürətlə inkişaf edən, getdikcə güclənən Türkiyə dünyada sülhün və əmin-amanlığın bərqərar olmasında, yaşanan müxtəlif gərginliklərin aradan qaldırılmasında söz sahibi olmaqla əhəmiyyətli rol oynayır. Hazırda dünyada günü-gündən güclənən, hərtərəfli inkişaf yolu tutan qardaş Türkiyə var”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib.

“Xüsusilə qeyd edim ki, Azərbaycan və Türkiyə xalqlarını biri-birinə bağlayan, yaxınlaşdıran yalnız qardaşlıq duyğularıdır. Münasibətlərimizin kökünə, tarixinə nəzər saldıqda bunu aydın şəkildə dərk edirik. Görürük ki, hər iki qardaş şad gündə də, dar gündə də bir yerdə olub. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə türk qardaşlarımız heç bir tərədüd etmədən köməyimizə gəldi, Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad olunmasında böyük qəhrəmanlıqlar göstərdilər, bu yolda şəhid oldular. Həmçinin Çanaqqala döyüşlərində iştirak edən minlərlə azərbaycanlını qeyd edə bilərik, onlar könüllü olaraq döyüşlərdə iştirak etdilər, böyük qəhrəmanlıqlar göstərdilər, Türkiyəni öz Vətənləri bildilər. Bütün bunlar ancaq dəyişməz qardaşlıq hisslərinin təzahürləridir”, - S.Möhbalıyev vurğulayıb.

AHİK sədri qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsindədir: “Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən atılan qəti addımlar, görülən unikal işlər bu qardaşlığın və əməkdaşlığın bütün sahələr üzrə davamlı inkişafını təmin edib. Hər iki liderin dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri bu əlaqələri daha da dərinləşdirir. Parlaq qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyənin bizə mənəvi və diplomatik dəstəyi gücümüzə güc qatdı, qələbə sevincini bizimlə bərabər yaşadılar. Bu arada Şuşa Bəyannaməsini vurğulamaq istərdim: bu tarixi sənəd keyfiyyətcə daha yüksək işbirliyinin təminatı üçün əlverişli imkanlar yaradır, əlaqələrimizi müttəfiqlik zirvəsinə ucaldır. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı, Şərqi Zəngəzura və Qarabağa səfərləri, o cümlədən Füzulinin və Zəngilanın hava limanlarının açılışlarına qatılması əlaqələrimizin yüksək səviyyəsini göstərir”.
“Bu gün Azərbaycan həmkarlar ittifaqları ilə qardaş ölkənin həmkarlar ittifaqları arasında da münasibətlər durmadan genişlənir. Biz də öz sahəmizdə əməkdaşlığı ən yüksək səviyyədə qururuq. Mütəmadi olaraq qarşılıqlı səfərlər təşkil olunur, təcrübə mübadilələri aparırıq. Çalışacağıq ki, bundan sonra da əlaqələrimizin dərinləşməsi istiqamətində üzərimizə düşən bütün işləri layqincə yerinə yetirək. Biz də türkiyəli həmkarlarımızı, həmçinin cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edir, qardaş xalqa əmin-amanlıq, rifah və firavanlıq arzulayırıq”, - Konfederasiya sədri deyib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya