» » Türkiyənin "Akıncı" PUA-larının istismarı kursunu bitirən Azərbaycan hərbçiləri təltif edilib

Türkiyənin "Akıncı" PUA-larının istismarı kursunu bitirən Azərbaycan hərbçiləri təltif edilib

Türkiyənin "Akıncı" PUA-larının istismarı kursunu bitirən Azərbaycan hərbçiləri təltif edilib


Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Təlim-Uçuş Mərkəzində "Baykar" şirkəti tərəfindən təşkil edilmiş "Akıncı" silahlı pilotsuz uçuş aparatını (PUA) idarəetmə kursu"nu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları sertifikatlarla təltif olunub.

Buraxılış mərasimində Türkiyə və Pakistandan olan hərbçilər də mükafatlandırılıb.

Tədbirdə "Baykar" müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri Selçuk Bayraktar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və Hərbi Attaşelik Aparatının əməkdaşları iştirak edib.

Selçuk Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətindən danışıb.

Səfir Rəşad Məmmədov isə artıq bütün dünyada türk dünyasının səmalarının müdafiəçisi kimi tanınan "Bayraktar" pilotsuz uçuş aparatının 2-ci Qarabağ müharibəsindəki danılmaz rolundan bəhs edib.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya