» » AHİK Şuşada xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə tədbir keçirib -Fotolar

AHİK Şuşada xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə tədbir keçirib -Fotolar



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində “Müqvimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” adlı xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə dəyirmi masa keçirib.

Tədbirdə AHİK-in sədr müavinləri - Cavanşir Alxasov və Aqil Dadaşov, şöbə müdirləri, həmçinin Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Qırğızıstan, Litva, Moldova, Portuqaliya və Serbiyadan ölkəmizə gələn həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Çıxış edən A.Dadaşov tədbirin Şuşa şəhərində keçirilməsinin önəminə diqqət çəkərək bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa əzəli və əbədi Azərbaycan torpağıdır. Hər bir azərbaycanlı bu şəhəri mənəvi varlığının ayrılmaz bir parçası hesab edir. Sədr müavini qeyd edib ki, 30 ilə yaxın bir müddət ərzində işğal altında qalan şəhər Ermənistan tərəfindən talanlara, dağıntılara məruz qalıb, amma buna baxmayaraq, yenə də şəhər milliyini, özünəməxsusluğunu qoruyub saxlayıb. A.Dadaşov həmçinin uzun illər işğalda qalan Şərqi Zəngəzur və Qrabağda ermənilərin törədiyi hərbi cinayətlərdən, vandalizmdən, tarixi-mədəni abidələrimizi məhv etməsindən bəhs edib: “Yəqin, Siz də işğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın ərazisinə daxil olarkən Ermənilərin törətdiyi vandalizm hərəkətlərinin izlərini gördünüz. Şuşaya gələrkən keçdiyimiz o yolların sağı-solu vaxtı ilə möhtəşəm şəhərlər, qəsəbələr, kəndlər olub. Bu ərazilərdə 1 milyondan artıq azərbaycanlı yaşayıb. İşğal zamanı Ermənilərin törətdiyi insanlığa sığmayan vəhşiliklər nəticəsində inidi xarabalığa çevrilib”.

AHİK Şuşada xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə tədbir keçirib -Fotolar
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya