» » Kamil Kərimov: Müstəqil Azərbaycanın şanlı tarixi

Kamil Kərimov: Müstəqil Azərbaycanın şanlı tarixi

Anar Cəfərov: Heydər Əliyev - XX əsrin ən güclü siyasətçilərindən biri

Araz Marketin administratoru Kamil Kərimov - 3 Oktyabr 1993-cü il müasir Azərbaycanın şərəfli tarixinə müstəqilliyin, daimi, əbədi, dönməz və  sarsılmaz , dövlətçiliyin qorunub saxlanıldığı, davamlı inkişafın təməlinin qoyulduğu gün kimi qızıl hərflərlə əbədi həkk olunub.
Bu gün Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, onun əbədi və dönməz edilməsinə, sabitliyə və davamlı inkişafa səs vermişdir.
Güclü siyasi və dövlətçilik təcürbəsinə malik olan Heydər Əliyev ideologiyasının təntənəsi həmin dövürdən başlayaraq müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verərək, dünyada Azərbaycanın nüfuzunu daha da artırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına şərəfli gün kimi qızıl hərflərlə həkk olundu.
Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu gün onun ideyalarının ən layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən zəfər çalmış, güclü iqtisadiyyata malik, qalib dövlət kimi dünya birliyində ən layiqli  yer tutaraq inamla gələcəyə baxır!
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutaraq, Heydər Əliyev fenomeninə çevrilmişdir, iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq göstərərək, əvəzsiz ümummilli lider mövqeyi qazanmışdır və xalqın qəlbində özünə əbədi bir heykəl ucaldaraq hər zaman yaddaşlarda qalacaqdır!
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya