» » Prezident Yaponiya Baş nazirini təbrik etdi

Prezident Yaponiya Baş nazirini təbrik etdi

Prezident Yaponiya Baş nazirini təbrik etdi


Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Fumio Kişidaya məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Bu il biz Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu əlamətdar hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırıram.

Biz Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sevindirici haldır ki, ötən dövr ərzində dostluq əlaqələrimiz inkişaf etmiş, iqtisadiyyat, energetika, investisiya, maliyyə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız genişlənmişdir. Yaponiyanı təmsil edən şirkətlər ölkəmizdə bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər. Eyni zamanda əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda səmərəli işbirliyimiz təqdirəlayiqdir.

Bu gün ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Yaponiya ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişafına və möhkəmlənməsinə nail olacağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və rifah diləyirəm".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya